“Türkiyədə oynamaq həmişə çətindir” Arne Slot
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının əsas mərhələsində “Fənərbaxça” ilə səfər oyunu öncəsi fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, niderlandlı mütəxəssis İstanbulda keçirilən mətbuat konfransında rəqibin güclü heyətə malik olduğunu və onları çətin qarşılaşmanın gözlədiyini bildirib:
“Türkiyədə oynamaq həmişə çətindir. “Fənərbaxça” təcrübəli və güclü komandadır. Onların özünəinamını qırmalı və oyun tempini pozmalıyıq. Çempionlar Liqasında üç oyunda üç qələbə qazanmışıq. Seriyamızı davam etdirərək xallarımızı 12-yə çatdırmaq istəyirik. Məqsədimiz ilk səkkizlikdə yer almaqdır. Bununla yanaşı, Çempionlar Liqasında səfər oyunları çətin keçir. Buna həm də psixoloji cəhətdən hazır olmalıyıq”.
“Fənərbaxça”nın baş məşqçi dəyişikliyinə də toxunan ispaniyalı mütəxəssis Dirk Kuytun rəhbərliyi altında komandanın oyunlarını təhlil etmək üçün kifayət qədər materiallarının olmadığını söyləyib. O, həmçinin əsas diqqəti fərdi keyfiyyətlərə yönəldəcəklərini vurğulayıb.
Qeyd edək ki, “Fənərbaxça” - “Liverpul” görüşü noyabrın 4-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 03 Noyabr 2026 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















