Azər Bağırov: Qarabağa qarşı oynamaq həmişə çətindir
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ"a qarşı oynamaq həmişə çətindir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Şamaxı"nın baş məşqçisi Azər Bağırov mətbuat konfransında bildirib.
Mütəxəssis Ağdam təmsilçisinə 1:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının I turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"İlk turda bu rəqiblə üz-üzə gəlmək bəlkə də futbolçularda bir az həyəcan yaratdı. Düşünürəm ki, yaxşı oyun oldu. Bu matçdan nəticə çıxarmalıyıq. Səhvlərimiz var. Daha yaxşı oynamalıyıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirməlidirlər. Cüzi səhvlər bağışlanılmır. Daha yaxşı oyun sərgiləməyə çalışacağıq".
A.Bağırov "Şamaxı"nın heyətinin yaxşı olduğunu sözlərinə əlavə edib:
"Gənc və yaxşı yerli futbolçularla çalışırıq. Biz ölkə futboluna yerli oyunçular bəxş etmək niyyətindəyik. İşimiz çətindir. Ümid edirəm ki, qarşıdakı dönəmlərdə klubun sponsoru da olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 17 Avqust 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















