Icma.az
close
up
RU
Türkiyədə özbək qadın vəhşicəsinə öldürülüb

Türkiyədə özbək qadın vəhşicəsinə öldürülüb

Icma.az, Ayna portalına istinadən məlumat verir.

İstanbulda zibil qutusunda qadının başı kəsilmiş cəsədi tapılıb

Yanvarın 24-də Türkiyənin İstanbul şəhərində vəhşicəsinə qətl hadisəsi baş verib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, Şişli rayonunun Feriköy məhəlləsindəki zibil qutusunda başsız cəsəd tapılıb. Qurbanın özbək həmvətənləri tərəfindən qətlə yetirilən 37 yaşlı Özbəkistan vətəndaşı olduğu müəyyən edilib.

Bildirilib ki, cinayətkarlar cəsədi hissələrə ayırıb, çamadana qoyub və zibil qutusuna atıblar. Digər bədən hissələri isə başqa yerdə tapılıb.

Özbəkistanın İstanbuldakı Baş Konsulluğu qurbanın Özbəkistan Respublikası vətəndaşı Durdona Hakimova olduğunu təsdiqləyib.

"24 yanvar 2026-cı il tarixində, təxminən saat 19:40-da İstanbulun Şişli rayonunda zibilləri çeşidləyərkən bir vətəndaş zibil qutusunda bükülmüş bir cəsəd görüb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Müayinə zamanı cəsədin başsız olduğu məlum olub. Baş Konsulluğun yerli hüquq-mühafizə orqanları, Məhkəmə Tibbi Ekspertiza Mərkəzi və prokurorluqla birgə apardığı araşdırmalardan sonra mərhumun şəxsiyyəti müəyyən edilib. O Özbəkistan Respublikasının vətəndaşı Durdona Hakimova olub", - deyə açıqlamada bildirilib.

Hadisə ilə bağlı iki Özbəkistan vətəndaşı saxlanılıb. Onlar Türkiyədən Gürcüstana keçmək istəyərkən saxlanılıblar.

Baş Konsulluğun diplomatları mərhumun ailə üzvləri ilə əlaqə saxlayıb və lazımi konsulluq və hüquqi yardım göstəriblər.

Qeyd olunub ki, Baş Konsulluq istintaqı nəzarətdə saxlayır və əlavə məlumat rəsmi mənbələr vasitəsilə veriləcək.

Yerli medianın məlumatına görə, qətl Durdona Hakimovanın tanışı D.T. tərəfindən törədilib və cinayətdə ona tanışı G.K. kömək edib. Hər ikisi Türkiyədə tikinti sahəsində işləyirmişlər. Bu cinayətdə iştirak etməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb. Qətlin motivi hələlik müəyyənləşməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:413
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Yanvar 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri