Türkiyədə payız yağıntılarının miqdarı ötən illərə nisbətən 18 faiz azalıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
İstanbul, 23 dekabr, Günel Karatepe, AZƏRTAC
Türkiyədə payız mövsümündə yağan yağıntının miqdarı 1991–2020-ci illəri əhatə edən orta göstəricilərlə müqayisədə 18 faiz, ötən ilə nisbətən isə 6 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, ötən ilin payız ayları ərzində Türkiyə ərazisinə 115,4 millimetr, bu payızda isə 108,3 millimetr yağıntı düşüb. Bu il payız yağıntıları ölkənin Çanaqqala, Balıkesir və İzmir vilayətlərinin müəyyən hissələrində, Düzce və Bolu ətrafında, eləcə də Samsunun şərq hissələrində normadan 20 faizdən çox artdığı halda, Cənub-Şərqi Anadolu bölgəsinin cənub hissələrində və Adana ətrafında normaya nisbətən 60 faizdən çox azalıb.
Mütəxəssislər bu halı qlobal istiləşmənin yaratdığı fəsadlarla əlaqələndirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 23 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















