Icma.az
close
up
RU
Türkiyədə qadınları yalandan hamilə olduqlarına inandıran İlin həkimi : Çox sayda körpəni öldürüb

Türkiyədə qadınları yalandan hamilə olduqlarına inandıran İlin həkimi : Çox sayda körpəni öldürüb

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin Şırnak vilayətində müayinə üçün gələn qadınlara dərman verərək hamilə olduqlarına inandıran, daha sonra isə uşağın bətndə öldüyünü deyərək abort edən və bundan pul qazanan İsmet Besen adlı həkimin istintaqı davam edir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sabah" nəşri məlumat verib.

Məlumata görə, Şırnakın Silopi rayonunda ginekoloq işləyən 58 yaşlı həkim bir çox qadından müalicə məqsədilə pul alıb və müalicə adı altında saxta prosedurlar həyata keçirib. Xəstələrinə əvvəlcə hamilə olduqlarını, daha sonra körpələrinin ana bətnində öldüyünü deyərək abort edib.

Silopi Asayiş Şöbə Müdirliyinin Fırıldaqçılıq üzrə Bürosunun əməkdaşları tərəfindən 12 zərərçəkmiş qadının ifadələri alınıb. Aparılan DNT testləri zamanı həkimin, həmçinin xəstələrinə verdiyi döllərin də zərərçəkmiş qadınlara aid olmadığı müəyyən edilib.

Bundan əlavə, ekspertiza hesabatında İsmet Besenin istifadə etdiyi dərmanların hamiləlik testinin nəticələrini yanıltdığı, qadınları hamilə olmadıqları halda hamilə kimi göstərdiyi qeyd edilib. Bu dəlil əsasında Şırnak, Aydın və İzmirdə keçirilən əməliyyatlar nəticəsində İsmet Besen və klinikanın 4 işçisi saxlanılıb. İsmet Besen fevralın 14-də "Ağırlaşdırılmış fırıldaqçılıq" maddəsi ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Həmçinin istintaq zamanı məlum olub ki, Besen əvvəllər də Silopidə 12 il çalışıb və 1 iyul 2006-cı ildə Şırnakda "İlin həkimi" seçilib, lakin 2007-ci ilin mayında digər iki həkimlə birlikdə narkotik fırıldaqçılığına görə həbs edilib. Bölgədəki 3 sağlamlıq mərkəzi və 9 aptekin də bu məsələdə əli olub və aptek sahibləri nəzarət altına alınıblar.

O dövrdə İsmet Besenin 7 aylıq xəstə protokol dəftəri araşdırılıb və 25 min 600 xəstəni müayinə edərək dərman yazdığı məlum olub. İstintaqın gedişatı zamanı 2005-ci ildə Silopi Dövlət Xəstəxanasına 49 min xəstənin müraciət etdiyi və İsmet Besenin də gündə orta hesabla 171 xəstəni müayinə etdiyi ortaya çıxıb.

Müəyyən edilib ki, hadisədə adları hallanan həkimlər hər gün növbələri bitdikdən sonra kirayə tutduqları mənzildə görüşərək, təxminən 300 Yaşıl Kart və sağlamlıq kartı üçün dərman yazıblar. Həmçinin həkimlərin əməliyyat ediləcək xəstələr və onların yaxınları ilə "bıçaq pulu" bazarlığı etdikləri də aşkar olub. Eyni zamanda, Besenin Ankarada 15 ayrı mənzili və daşınmaz əmlakının olduğu da üzə çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Mart 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri