Icma.az
close
up
RU
Türkiyədə sammit keçirilir Anar Əliyev də iştirak edir Fotolar

Türkiyədə sammit keçirilir Anar Əliyev də iştirak edir Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Türkiyənin birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammiti keçirilir.

“Qafqazinfo” xəbər verir ki, sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin açılış mərasimində iştirak edib. Bu tədbirin bacarıqlar sahəsində qlobal dialoq üçün güclü bir təməl yaradacağını düşündüyünü bildirən Türkiyənin dövlət başçısı Zirvə görüşünə uğurlar arzulayıb və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Müxtəlif ölkələrdən nazirlər və digər yüksək vəzifəli rəsmiləri, beynəlxalq təşkilatlardan, təhsil, əmək, iqtisadiyyat, innovasiya, miqrasiya və s. sahələrdən nümayəndələri bir araya gətirən sammit insanların bacarıqlarının həyatın bütün mərhələlərində inkişaf etdirilməsi və onların potensialından tam istifadə olunması məsələlərinə dair müzakirə aparmaq məqsədi daşıyır. Tədbir demoqrafik dəyişikliklər, geniş rəqəmsallaşma və yaşıl iqtisadiyyata keçid dövründə daha da aktuallaşan bu məsələlərin həlli ilə bağlı təcrübələri bölüşmək üçün bir platforma rolu oynayır.

Sammitdə “Formal təhsilin yenidən nəzərdən keçirilməsi - Ömürboyu imkanlar üçün strategiyaların yenidən tənzimlənməsi”, “Yetkin şəxslərin bacarıqlarından istifadə - Müxtəlif nəsillər üzrə işçilərin imkanlarının gücləndirilməsi”, “İstedadların üzə çıxarılması -Diqqətdən kənarda qalan qrupların potensialından istifadə edilməsi” mövzularında sessiyalar keçirilir, təqdimatlar edilir.

Tədbir çərçivəsində Anar Əliyev Bolqarıstanın əmək və sosial siyasət naziri Hasan Ademovla görüşüb. Görüşdə ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərinin əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin davamlı inkişafına zəmin yaratdığı vurğulanıb.

İki qurum arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, əməkdaşlığın inkşaf etdirilməsi, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub. 

Anar Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə də görüşüb. TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ötən ilin dekabr ayında Bakıda keçirilən ilk iclasının əhəmiyyətindən bəhs olunub.

Görüşdə Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.








Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri