Icma.az
close
up
RU
Türkiyədə Bacarıqlar Sammiti keçirilir FOTOLAR

Türkiyədə Bacarıqlar Sammiti keçirilir FOTOLAR

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Türkiyə Respublikasının birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammiti keçirilir. Sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Moderator.az xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin açılış mərasimində iştirak edib.

Bu tədbirin bacarıqlar sahəsində qlobal dialoq üçün güclü bir təməl yaradacağını düşündüyünü bildirən Türkiyənin dövlət başçısı Zirvə görüşünə uğurlar arzulayıb və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Müxtəlif ölkələrdən nazirlər və digər yüksək vəzifəli rəsmiləri, beynəlxalq təşkilatlardan, təhsil, əmək, iqtisadiyyat, innovasiya, miqrasiya və s. sahələrdən nümayəndələri bir araya gətirən Sammit insanların bacarıqlarının həyatın bütün mərhələlərində inkişaf etdirilməsi və onların potensialından tam istifadə olunması məsələlərinə dair müzakirə aparmaq məqsədi daşıyır. Tədbir demoqrafik dəyişikliklər, geniş rəqəmsallaşma və yaşıl iqtisadiyyata keçid dövründə daha da aktuallaşan bu məsələlərin həlli ilə bağlı təcrübələri bölüşmək üçün bir platforma rolu oynayır.

Sammitdə “Formal təhsilin yenidən nəzərdən keçirilməsi - Ömürboyu imkanlar üçün strategiyaların yenidən tənzimlənməsi”, “Yetkin şəxslərin bacarıqlarından istifadə – Müxtəlif nəsillər üzrə işçilərin imkanlarının gücləndirilməsi”, “İstedadların üzə çıxarılması – Diqqətdən kənarda qalan qrupların potensialından istifadə edilməsi” mövzularında sessiyalar keçirilir, təqdimatlar edilir.

Tədbir çərçivəsində Anar Əliyev Bolqarıstanın əmək və sosial siyasət naziri Hasan Ademovla görüşüb. Görüşdə ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərinin əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin davamlı inkişafına zəmin yaratdığı vurğulanıb.

İki qurum arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, əməkdaşlığın inkşaf etdirilməsi, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub. 

Anar Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə də görüşüb. TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ötən ilin dekabr ayında Bakıda keçirilən ilk iclasının əhəmiyyətindən bəhs olunub.

Görüşdə Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Aprel 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri