Icma.az
close
up
RU
Türkiyədə Sibir şaxtaları: son 100 ilin ən sərt qışları KONKRET

Türkiyədə Sibir şaxtaları: son 100 ilin ən sərt qışları KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın sonlarında Bursa və ya İstanbulda havanın temperaturu sıfıra yaxınlaşanda çoxlarına elə gəlir ki, əsl qış artıq başlayıb. Halbuki Türkiyə son yüz ildə elə şaxtalı və qarlı qışlar yaşayıb ki, bu mənzərələr şimal ölkələrinin sakinlərini belə təəccübləndirə bilərdi. İkinci mərtəbəyədək yüksələn qar yığınları, donmuş Qızıl Buynuz körfəzi, Boğazın ortasında üzən nəhəng buz kütlələri…

Gəlin Türkiyənin yaddaşlara həkk olunmuş ən sərt qışlarını xatırlayaq.

1929 və 1954-cü illər: Boğazda buz kütlələri, donmuş Qızıl Buynuz

Türkiyədə XX əsrin ən sərt qışları sırasında 1929 və 1954-cü illər xüsusi yer tutur.

1929-cu ilin fevral-mart aylarında İstanbulda günlərlə davam edən çovğun şəhəri iflic vəziyyətinə salmışdı. Bəzi ərazilərdə qar yığınlarının hündürlüyünün dörd metrə çatdığı bildirilir. Qızıl Buynuz (Haliç) körfəzi buzla örtülmüş, hətta ac qalan canavarların yem axtarmaq üçün şəhərin kənarlarına yaxınlaşdığı söylənilmişdi.

Təxminən 25 il sonra, 1954-cü il fevralın 24-də İstanbul yenidən güclü şaxta və qarın təsirinə düşdü. Ancaq şəhər əfsanələrindən fərqli olaraq, Boğazın özü tamamilə donmamışdı. Qara dənizdən gələn, Dunay çayının mənsəbində formalaşmış nəhəng buz kütlələri güclü axınlarla Boğaza daşınmışdı.

Bərə əlaqəsi dayanmış, İstanbul sakinləri isə Emirgan və Beykoz sahilləri yaxınlığında buz parçalarının üzərinə çıxaraq şəkil çəkdirir, hətta Boğazın ortasında çay içmək üçün kiçik masalar qururdular.

1963 və 1969-cu illər: İstanbulun gölləri buz bağladı

1963-cü ilin qışında şaxtalar o qədər güclü olmuşdu ki, İstanbulun əsas şirin su mənbələrindən biri olan Terkos gölünün səthi buzla örtülmüşdü. Şəhərin bəzi ərazilərində su və elektrik təchizatında problemlər yaranmış, ac canavarların yaşayış məntəqələrinə qədər yaxınlaşdığı barədə məlumatlar yayılmışdı.

1969-cu ildə də oxşar mənzərə yaşandı. Büyükçekmece gölü, Elmalı su anbarı, eləcə də Kağıthane və Küçüksu çayları buzla örtüldü. İstanbul sakinləri üçün bu, uzun müddət unudulmayan qışlardan biri oldu.

1987-ci ilin martı: “Əfsanəvi mart” və dördmetrlik qar yığınları

İstanbul və Mərmərə bölgəsinin yaşlı sakinləri üçün 1987-ci ilin qışı xüsusi xatirələrlə yadda qalıb. Həmin ilin mart ayında baş verən güclü qar fırtınası Türkiyə tarixinin ən yaddaqalan hava hadisələrindən birinə çevrildi.

Hər şey martın 4-də başladı. Bir gün əvvəl nisbətən mülayim hava gözlənilsə də, Balkanlardan gələn soyuq hava kütləsi bölgəni qəfil qar və çovğunun təsiri altına saldı. Qar on gündən artıq davam etdi.

Məlumatlara görə, İstanbulun mərkəzi hissələrində qarın qalınlığı bir metrə yaxınlaşmış, yüksək ərazilərdə isə qar yığınları bir neçə metrə çatmışdı. Hava limanlarının fəaliyyəti pozulmuş, məktəblərdə dərslər dayandırılmış, nəqliyyat iflic vəziyyətinə düşmüşdü.

Şəhərin bəzi məhəllələrində qar o qədər yığılmışdı ki, sakinlər evlərindən çıxmaqda çətinlik çəkirdilər. Həmin günlər İstanbulun yaddaşında “1987-ci ilin əfsanəvi martı” kimi qaldı.

1990-cı il yanvarın 9-u: Türkiyədə temperatur rekordu –46,4 dərəcə

Türkiyənin ən sərt şaxtaları, bir qayda olaraq, ölkənin şərqində, xüsusilə yüksək dağlıq və yaylalıq ərazilərində müşahidə olunur.

Meteoroloji müşahidələr tarixində Türkiyənin ən aşağı temperatur göstəricisinin 1990-cı il yanvarın 9-da Van vilayətinin Çaldıran rayonunda qeydə alındığı bildirilir. İran sərhədinə yaxın, dəniz səviyyəsindən təxminən 2 min metr yüksəklikdə yerləşən bu ərazidə termometrlər –46,4 dərəcə göstərib.

Belə kəskin şaxtalarda avtomobillərin istismarı çətinləşir, su boruları donur, ağacların gövdələrində çatlar yaranır, damlardan isə iri buz salları asılır.

Türkiyə haqqında danışanda çoxlarının ağlına isti yay günləri, Aralıq dənizi sahilləri və mülayim iqlim gəlir. Ancaq ölkənin iqlim tarixində elə qışlar olub ki, onların yaratdığı mənzərə Sibir şaxtalarını xatırladıb.

Bəs siz Türkiyədə belə sərt qışlardan hansını xatırlayırsınız? Heç bu cür şaxtalı və qarlı günlərlə qarşılaşmısınız?

Rəsmiyyə Şərifova,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri