Icma.az
close
up
RU
Türkiyədə siyasi həbslər artır: QARDAŞ ÖLKƏNİ AŞPA da HANSI TƏHLÜKƏ GÖZLƏYİR?

Türkiyədə siyasi həbslər artır: QARDAŞ ÖLKƏNİ AŞPA da HANSI TƏHLÜKƏ GÖZLƏYİR?

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində istintaq başladılıb.

Belə ki, İstanbul Baş Prokurorluğu İmamoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin 277 və 288-ci maddələri üzrə istintaq başladıb.

İmamoğlunun mətbuat konfransında açıqlamasında ekspertin adının çəkməsinin ədliyyə orqanlarında xidmət edən şəxsə təsir və hədəfə alınma cəhdi olduğu ifadə edilib və bu səbəbdən ona müvafiq maddələrlə cinayət işinin açıldığı qeyd olunub.

Baş Prokurorluq bu istiqamətdə mediada açıqlama verən şəxslərlə bağlı lazımi qərarların verilməsi üçün İstanbul Polis İdarəsinə göstəriş verildiyini də diqqətə çatdırıb.

Ümumilikdə isə Türkiyədə son dönəm həbslər diqqət mərkəzindədir. Son bir neçə gündə Türkiyənin bir sıra tanınmış siyasətçiləri və jurnalistləri həbs edilib. Bu həbslər Avropa İttifaqı və Avropa Şurasında böyük narahatlıqla qarşılanıb.

Bəs görəsən, Azərbaycan və Gürcüstandan sonra Türkiyənin nümayəndə heyəti AŞPA-dan kənarlaşdırıla bilərmi?

Xüsusilə milyonlarla səs alan Əkrəm İmamoğlunun istintaqa çəkilməsi nə deməkdir?

Ərdoğan nə demək istəyir, bu, həm də bir mesajdırmı?

Bu barədə Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Vüqar iskəndərov deyir ki, AŞPA-nın qərəzli mövqeyi artıq bütün müstəvilərdə özünü göstərir:

“AŞPA-nın qərəzli mövqeyi artıq bütün müstəvilərdə özünü göstərir. Vaxtilə Azərbaycana qarşı bu qərəzin nümayiş etdirilməsi zamanı Azərbaycan bu qurumun bütün ikiüzlü siyasətini açıb ortaya qoymuşdu. Daha sonra AŞPA-nın sözü ilə “oturub-durmaq” ideologiyasına tabe olmayan Gürcüstan da bu qərəzin “qurbanı” oldu. Qərb Tbilisinin müstəqil siyasət yürütməsi ilə heç cür barışa bilmir, ona qarşı hədyan və böhtan yağdırır. Nəticədə rəsmi Tbilisi ittihamları cavabsız qoymayaraq AŞPA-dakı nümayəndə heyəti qurumdakı fəaliyyətini dayandırdı. İndi isə Türkiyəyə qarşı fərqli münasibət göstərilməsi ondan xəbər verir ki, bu qurumların əsas məqsədi məhz ölkələrin daxili işlərinə qarışmaqdır”.

Deputat həmçinin bildirib ki,”Əkrəm İmamoğlu ilə bağlı Türkiyədə istintaq başladılması ölkənin daxili işidir:

“Hazırda bildiyiniz kimi İstanbul Böyükşəhər Bələdiyyə başkanı Əkrəm İmamoğlu ilə bağlı Türkiyədə istintaq başladılıb. Onunla bağlı aparılan istintaq prosesi ilk növbədə ölkənin daxili işidir. Burada qəbul olunacaq qərar da, əlbəttə ki, Türkiyə hüquq və qanunları əsasında olacaq. Ancaq AŞPA-nın belə məsələlərdə özünü “canayanan” bir qurum kimi göstərməsi təəssüf doğurur. Çünki bu cür məsələlərdə sırf öz çıxarlarını güdürlər. Biz həmişə demişik, əgər kimlərinsə canına yanan bir təşkilatdırsa, 30 ildir, bizim qaçqın və məcburi köçkünlərimizlə bağlı addımlar atardılar. Yoxsa, hər ölkənin daxilində hansısa siyasətçi ilə bağlı həbs, yaxud hər hansı bir addım atılan kimi AŞPA-nın belə mövqe sərgilməsi cəfəng bir addımdır. Türkiyəni də AŞPA-dan çıxartmaq kimi fikirlərin olması isə qurumun yenə də öz adına ləkədir. Çünki ədaləti bərpa etmək niyyətində olan bu qurum ilk növbədə bilməlidi ki, qanun qarşısında hamı bərabərdir, kimliyindən asılı olmayaraq… Türkiyə isə hüquqi bir dövlətdir. Burada atılacaq hər bir addım hüquq müstəvisində olmalıdır. AŞPA isə artıq qəbullanmalıdır ki, əvvəlki nüfuzu qalmayıb və bütün dünya onların riyakarlığının şahididir. Belə hədə qorxularla heç bir dövlətin daxili işinə müdaxilə edə bilməzlər. Hələ Türkiyə kimi Avropanın ürəyinə yerləşən belə bir güclü dovlət olarsa…

Deputat Fazil Mustafa da AŞPA-dan uzaqlaşmağın ümumiyyətlə, faciə olmadığını deyir:

“AŞPA-dan uzaqlaşmaq, onsuz da, faciə deyil. Ora artıq prinsiplərini itirmiş bir qurumdur və ayrı-ayrı şəxslərin, ölkələrin əlində girov qalıb. Ora Avropadan idarə olunmur, kənardan nə tapşırıq verilirsə, onu da icra edirlər. İllərdir, Ermənistana işğalçılığına görə bircə sanksiya belə tədbiq edilmədi. Ona görə də, Türkiyəni də uzaqlaşdıra bilərlər. Bütövlükdə isə AŞPA özü çökməkdədir. Onun, ATƏT-in özünün qalıb-qalmayacağı da sual altındadır. ABŞ-nin də yeritdiyi siyasət ona yönəlir ki, bu cür vecsiz qurumların qalmasının ciddi bir mənası yoxdur. AŞPA-nın bu cür çabalamaları özünə ziyandır. Bu qədər ölkələri kənarlaşdıranda prinsiplərin pozulmasından danışmağa əsas verirlər. Türkiyədə baş verən proseslər onların daxili məsələsidir, amma bunu AŞPA müstəvisində dəyərləndirəndə çox vaxt məqsədyönlü şəkildə belə faktlardan süni istifadə motivasiyası daha çox qabarır. Sanki gözləyirlər ki, hansısa ölkədə bir bəhanə olsun, onu AŞPA-dan uzaqlaşdırsınlar. Türkiyənin hədəfi AŞPA deyil ki. Türkiyənin hədəfi Avropa Birliyidir. Hər addım atdı, amma AB qəbul etmədi. Eləyərdilər, indi də münasibət qoyardılar ortaya. Daha hansı adla münasibət bildirəcəklər?”, – deyə, F.Mustafa bildirib.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri