Türkiyədə soydaşlara avtomatik olaraq vətəndaşlıq verilməsi təklif edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ankara, 3 may, AZƏRTAC
Türk dünyasının gücü birlikdədir. Türkiyə və digər türk dövlətlərinin dünya səhnəsində lider mövqe tutmasının yeganə yolu budur.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Böyük Birlik Partiyası İdarə Heyətinin üzvü Türker Yörükçüoğlu mayın 3-də Türkiyədə qeyd olunan Türkçülük Gününə həsr olunmuş Ankarada keçirilən müzakirələrdə deyib.
Onun sözlərinə görə, türk kökü olan soydaşların ikinci vətəndaşlıq kimi Türkiyə vətəndaşlığını almaq hüququ olmalıdır.
“Ölkəsindən asılı olmayaraq, hər bir soydaşımız Türkiyədə yaşamaq və ya iş icazəsi üçün müraciət edərkən avtomatik olaraq təsdiq hüququ almalıdır. Eyni güzəşt Türkiyə vətəndaşlığı üçün edilən müraciətlərə də aiddir. Bunlar Böyük Birlik Partiyasının irəli sürdüyü təşəbbüslərdir", -deyə Yörükçüoğlu bildirib.
Siyasətçi vurğulayıb ki, qohum xalqlarla əlaqələri kəsmək hər bir ölkə üçün dağıdıcı nəticələr verir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 03 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















