Icma.az
close
up
RU
“Türkiyədə təhsil alan oğlum 1 aydır günahsız yerə saxlanılıb”

“Türkiyədə təhsil alan oğlum 1 aydır günahsız yerə saxlanılıb”

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Oğlum Amin Elşən oğlu Əliyev Türkiyənin Eskişehir Osmangazi Universitetinin İqtisad fakültəsinin 4-cü kurs tələbəsidir. O, internet üzərindən pul dəyişdirmək istəyərkən dələduzların toruna düşüb və Antalyanın Döşəməaltı “L” Tipi Cəzaevində saxlanılır”.

Bu şikayətlə “Qafqazinfo”ya Amin Əliyevin atası Elşən Əliyev müraciət edib.

Onun sözlərinə görə, Türkiyədə təhsil alan oğlu günahsız yerə həbs edilib: “Oğlumun heç bir cinayət niyyəti olmayıb. O, sadəcə dələduzların qurbanı olub. Biz Azərbaycandan onların kartına manatla pul göndəririk. Oğlum da universitetin illiyini ödəmək üçün internet üzərindən həmişə pul dəyişdirir, manatı dollara, dolları da lirəyə çevirir. Türkiyədə bu, leqaldır və xüsusi tətbiq üzərindən həyata keçirilir. Həmin tətbiqin sahibi Pakize Öz adlı xanımın 650 000 lirəsi (26 260 AZN) ələ keçirilib. Pakize xanım da polisə şikayət edib. Oktyabrın 10-u oğlum da daxil olmaqla həmin tətbiq vasitəsilə pul dəyişdirən 8-9 nəfəri saxlayıblar”.

Elşən Əliyev iddia edib ki, hadisədən sonra həmin xarici vətəndaş - Connatan adlı şəxs qaçıb: “Oğlumun əlində qəbzlər var, lakin həmin kağızlar, mobil telefon və bank kartları hamısı prokurorluqdadır. Pakize xanımı tapdım, onunla da danışdım. Dedi ki, oğlunuzu tanımıram, ondan şikayətçi də deyiləm. Ərizə yazdı, şikayətini geri götürdü, amma Amini buraxmırlar, deyirlər ki, araşdırma aparılır. Mənim uşağımın günahı olsa, heç məsələni ictimailəşdirmərəm, deyərəm ki, gedib cəzasını çəksin. Bütün qurumlarla əlaqə saxlamışam, lakin hələ səs-soraq yoxdur”. 

O bildirib ki, övladlarının hər ikisi Eskişehirdə təhsil alır: “Amin həmçinin Türkiyədəki Azərbaycanlılar Dərnəyinin fəal üzvü olub. O, Xocalı soyqırımı, 20 Yanvar faciəsi və Vətən müharibəsi ilə bağlı bir sıra tədbirlərin təşkili və keçirilməsində könüllü şəkildə iştirak edib. Oğlumun bu fəaliyyəti onun həm vətəninə, həm də cəmiyyətə bağlılığını göstərir. Aminin imtahanları başlayır, prosesdə iştirak edə bilmir. Hazırda o, noyabr ayında keçiriləcək imtahanlara hazırlaşmalı idi. Onun həbsdə uzunmüddətli saxlanılması təhsil həyatının və gələcəyinin məhv olması ilə nəticələnə bilər. Heç olmasa oğlumu həbs etməsinlər, təhsilinə davam etsin”.

Elşən Əliyev onu da qeyd edib ki, tələbə yoldaşları Aminin saxlanılmasına etiraz edərək, dəstək məqsədilə videomüraciət ediblər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlamışıq.

Mədinə Useynova


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri