Türkiyədə təkəri partlayan avtomobil aşdı 3 nəfər ÖLDÜ
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Lüləburqaz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Avtosfer.az Haber Global-a istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı şlaqbaumlara çırpılıb. Zərbənin təsirindən avtomobilin təkəri partlayıb və nəqliyyat vasitəsi aşıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım, xilasetmə və polis əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlum olub ki, qəza nəticəsində avtomobildən kənara atılan Emirhan Lozanlıoğlu, Ömər Zar və Ferhat Tomurcuk hadisə yerində həyatını itiriblər.
Qəza zamanı xəsarət alan daha bir nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Yaralı daha sonra Kırklareli Dövlət Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 30 İyun 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















