Türkiyədə tükürpədən görüntülər: Əgər qatil ölməyibsə...
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qəhrəmanmaraşda orta məktəbdə silahlı insident törədən 14 yaşlı şagird İsa Aras Mersinlinin ölmədiyi ilə bağlı yayılan iddialar şəhərdə ciddi ajiotaj yaradıb.
Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisədən sonra etiraz edən və şübhələrini dilə gətirən insanların qarşısına çıxan polis rəisi açıqlaması ilə diqqət çəkib.
Belə ki, vətəndaşlar cəsədi görmədən qətli törədənin öldüyünə inanmadıqlarını bildiriblər.
Bu zaman polis rəisi Mersinlinin öldüyünü təsdiqləmək üçün and içib: “Dörd övladım var, hamısı şagirddir. Əgər ölməyibsə, sabah övladlarımın üzünü görməyim”.
Qeyd edək ki, silahlı hücum nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisəni törədən İsa Aras Mersinli də yaralanıb və aldığı yaradan qanaxma nəticəsində həyatını itirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 17 Aprel 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















