Icma.az
close
up
RU
Türkiyədə valideynlər məktəbə icazəsiz daxil ola bilməyəcəklər

Türkiyədə valideynlər məktəbə icazəsiz daxil ola bilməyəcəklər

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə 2026/2027-ci tədris ilindən məktəblərdə təhlükəsizlik, mobil telefon istifadəsi, müəllimlərin geyimi, sınaq imtahanları və valideynlərlə görüşlərlə bağlı bir sıra yeni qaydalar tətbiq olunacaq.

Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Milli Təhsil Nazirliyi yeni tədris ilində görüləcək iş və tədbirlərlə bağlı bütün vilayətlərə təlimat göndərib. Təlimata əsasən, 2026/2027-ci tədris ili sentyabrın 14-də başlayacaq.

Yeni qaydalara əsasən, məktəblərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək. Tədris ili başlamazdan əvvəl yerli təhsil qurumları məktəblərdə və onların ətrafında yarana biləcək riskləri nəzərdən keçirəcək və müvafiq tədbirlər planlaşdıracaq. Məktəblərə giriş-çıxış nəzarətdə saxlanılacaq, piyadalar və nəqliyyat vasitələri üçün hərəkət yolları ayrılacaq, qaranlıq və nəzarətdən kənar ərazilər işıqlandırılacaq. Fövqəladə vəziyyət zamanı təhlükəsiz təxliyəni təmin etmək üçün lazımi təmir işləri də tamamlanacaq.

Valideynlərin qəbula yazılmadan məktəbə girişinə icazə verilməyəcək

Valideynlərlə görüşlər ölkə üzrə yalnız “Məktəb Randevu Sistemi” vasitəsilə planlaşdırılacaq. Valideynlərin əvvəlcədən qəbula yazılmadan məktəbə gəlməsinə, həmçinin şagirdin valideyni və ya qanuni nümayəndəsi olmayan şəxslərin məktəbə daxil olmasına icazə verilməyəcək.

Müəllimlərin xüsusi geyim forması olacaq

Təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və digər təhsil işçilərindən vəzifələrini yerinə yetirərkən müəllimlik peşəsinin nüfuzuna, dövlət xidmətinin ciddiliyinə və ictimai həssaslıqlara uyğun davranmaları tələb olunacaq. Təlimatda onlar üçün xüsusi geyim forması nəzərdə tutulub. Bu məsələ ilə bağlı tədris ilinin əvvəlində müəllimlər şurasında məlumatlandırma aparılacaq və qaydalara əməl olunmasına yerli təhsil idarələri tərəfindən nəzarət ediləcək.

Məktəblərdə mobil telefon istifadəsi məhdudlaşdırılacaq

Şagirdlərin sinifdə mobil telefon istifadə etməməsi ilə bağlı mövcud qayda davam etdiriləcək. Müəllimlərin də dərs zamanı mobil telefondan istifadə etməsinə icazə verilməyəcək.

Bununla yanaşı, şagirdlərin rəqəmsal imkanlardan düzgün istifadəsi və rəqəmsal asılılığın qarşısının alınması ilə bağlı maarifləndirmə işləri gücləndiriləcək. Ev tapşırıqları və məlumatlandırma zamanı Təhsil Nazirliyinin müəyyən etdiyi rəqəmsal platformalardan kənar vasitələrdən istifadədən də mümkün qədər çəkiniləcək.

Valideynlərə əlavə maliyyə yükü yaradılmayacaq

Nazirliyin pulsuz təqdim etdiyi tədris resurslarından başqa materialların məktəblərdə məcburi istifadəsinə icazə verilməyəcək. Valideynlər müəyyən marka və ya yüksək qiymətli idxal dəftərxana ləvazimatları almağa məcbur edilə bilməyəcək. Bunun əvəzinə yerli istehsal olunan məhsullardan istifadəyə üstünlük veriləcək.

Valideynlərə əlavə maliyyə yükü yaradan tətbiqlərdən də çəkiniləcək, məktəblərdə reklam, tanıtım və kommersiya xarakterli tədbirlərə yol verilməyəcək.

Sınaq imtahanlarına yeni məhdudiyyət

Yeni tədris ilindən məktəblərdə şagirdləri bir-biri ilə yarışdıran və sıralayan, yaxud valideynlər üçün əlavə maliyyə yükü yaradan sınaq imtahanları, ilkin hazırlıq və qiymətləndirmə testləri və digər oxşar imtahanların keçirilməsinə icazə verilməyəcək.

Məhdudiyyət özəl nəşriyyatlar və digər qurumlar tərəfindən hazırlanan bu tip imtahanlara da şamil olunacaq. Nazirliyin qiymətləndirmə siyasətinə uyğun gəlməyən və şagirdlərin akademik, sosial və emosional inkişafına mənfi təsir göstərə biləcək digər imtahan xarakterli tətbiqlər də məktəblərdə keçirilməyəcək.

Xüsusi təhsil ehtiyacı olan şagirdlər üçün dəstək otaqları yaradılacaq

İnklüziv təhsil alan, o cümlədən xüsusi istedadlı şagirdlər də daxil olmaqla xüsusi təhsil ehtiyacı olan uşaqlar üçün təhsil aldıqları məktəblərdə “dəstək otaqları” yaradılacaq. Bu otaqlarda təlim prosesi planlaşdırılacaq, müəllimlər təyin olunacaq və şagirdlərin fərdiləşdirilmiş təhsil proqramları nəzərə alınmaqla dərslərdə fəal iştirakı təmin ediləcək.

Peşə və texniki orta təhsil müəssisələrində isə emalatxana, laboratoriya və müəssisələrdə keçirilən praktiki təlim zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının tam tətbiqi tələb olunacaq. Praktiki təlim və staj üçün müəssisələr əvvəlcədən uyğunluq baxımından yoxlanılacaq.

Yeni tədris ilində məktəblərdə həyati bacarıqların inkişafına, maliyyə savadlılığına, qənaət mədəniyyətinə, yerli istehsal və istehlak şüurunun formalaşdırılmasına, həmçinin şagirdlərin elm və texnologiyanın istehsalçısına çevrilməsini dəstəkləyən fəaliyyətlərə də yer veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Avqust 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri