Türkiyədə Yamalla bağlı müəmma: Oyundan sonra ölkədən necə çıxıb? VİDEO
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya millisinin 18 yaşlı üzvü Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə oyundan sonra problem yaşayıb.
Globalinfo.az xəbər verir ki, Yamalın oyundan sonra pasportunu itirdiyi bildirilir.
Məlumata görə, o bir müddət sənədini axtarıb, hətta təkrar soyunma otağına qayıdıb və oranı yoxlayıb, lakin tapa bilməyib. Yamal pasportunu axtararkən komanda yoldaşları onu 1 saatdan çox gözləmək məcburiyyətində qalıblar. Onun məyus şəkildə avtobusa qayıtdığı və ölkəni tərk etdiyi bildirilir.
Türkiyə KİV yazır ki, futbolçunun pasportu olmadan ölkəni necə tərk etdiyi maraq doğurur.
Yamalın pasportunu axtarması ilə bağlı görüntülər isə sosial şəbəkələrdə gündəm olub.
?? Pasaportunu kaybeden Yamal an itibariyle Konya’da mahsur kaldı. pic.twitter.com/iK8NSdbgKV
— Barcelona Türkiye (@BarcelonaTR) September 7, 2025
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 08 Sentyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















