Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb, ölənlərin sayı 78 ə yüksəlib AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbul, 23 yanvar, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Ədliyyə Nazirliyi ölkənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğınla bağlı son məlumatı açıqlayıb. Bildirilib ki, hadisə zamanı həlak olan bütün şəxslərin kimlikləri müəyyən edilib və buna əsasən yanğında həyatını itirənlərin sayı 78-ə yüksəlib.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Türkiyənin ədliyyə naziri Yılmaz Tunç istintaq çərçivəsində Bolu Bələdiyyəsinin yanğınsöndürmə xidmətinin başçısı, yanğınsöndürmə idarəsinin müdiri, iş yeri sahibi, şirkətin baş direktoru və otel müdiri də daxil olmaqla, ümumilikdə 11 şəxsin saxlanıldığını deyib.
Səhiyyə Nazirliyindən yanğın zamanı xəsarət alanlarla bağlı verilən açıqlamada xəstəxanalarda müalicə alanlardan 40 nəfərin evə buraxıldığı, 10 nəfərin isə müalicəsinin davam etdirildiyi bildirilib.
Qeyd edək ki, “Grand Kartal” hotelindəki yanğınla əlaqədar ilkin zərər-təhlili hesabatı tamamlanıb və binanın ağır zədələndiyi müəyyən edilib. Yekun hesabatdan sonra, binanın bərpası və ya uçurulması isə bağlı qərar qəbul ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 Yanvar 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















