Icma.az
close
up
RU
Türkiyədə yaşayan türkəsilli gəlmələr üçün yeni problem: işləmək məhdudlaşır

Türkiyədə yaşayan türkəsilli gəlmələr üçün yeni problem: işləmək məhdudlaşır

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.


“Türkiyədə yaşayan türkəsilli əcnəbilər haqda qanunla bağlı Əsasnaməyə edilən 10 oktyabr 2025-ci il tarixli dəyişiklik ilk baxışdan bu şəxslərə iş icazəsi ilə bağlı yeni imkanlar verildiyi kimi görünsə də, bu belə deyil”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, bu məsələ Türkiyədə dəfələrlə müzakirəyə çıxarılıb və layihə olaraq da təqdim edilib:

Artıq iki ilə yaxındır ki, Türkiyədə yaşayış icazəsi ilə bağlı problemlər var idi. İndi belə çıxır ki, iş icazəsi də çətinləşəcək. “Resmi Gazete”də qeyd olunan bəndlərə uyğun olaraq, türk dünyasına daxil olan, eyni zamanda türkəsilli əcnəbi sənədinə sahib, yəni türk millətinə mənsub şəxslərə Türkiyədə hazırda və gələcəkdə iş icazəsinin alınması ilə bağlı dəyişiklik edilib.

Politoloqun sözlərinə görə, yeni dəyişikliyə görə şərtlər daha da ağırlaşıb:

“Daha əvvəlki qanuna əsasən, Türkiyədə xarici vətəndaşların hüquqşünas, mexanik və s. kimi bəzi peşələrdə çalışmasına icazə verilmirdi. Düşünürdük ki, artıq bu icazə veriləcək, amma əksinə, daha çox məhdudiyyət qoyuldu. Bugün Türkiyədə həmin peşələrdə çalışan türkəsilli Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan vətəndaşlarına öz dövlətində bu peşəni yerinə yetirməkdə heç bir problem yaradılmırsa, Türkiyəyə gəlib sənədləşmə ilə artıq bunu edə bilməyəcəklər. Yəni, bugünkü gündə dövləti olan və orada milli azlıq nümayəndəsi olmayan bir hüquqşünas gəlib Türkiyədə eyni peşə üzrə çalışa bilməz”.

Ramiyə Məmmədova

R.Məmmədova deyib ki, bununla bağlı yalnız Türkiyə mediasında deyil, bütün türkdilli dövlətlərin mediasında böyük bir qarışıqlıq baş verib:

“Çünki, hazırda Türkiyədə yaşayan, vətəndaşlığı olmayan və bu sahələrdə çalışan insanlar, həmin sənəd əsasında fəaliyyət göstərirdilər. Belə çıxır ki, biz artıq bunu edə bilməyəcəyik. İkinci bir məsələ milli azlıqlarla bağlıdır. Dəyişikliyə əsasən, Türkiyədə çalışmaq üçün həm də sən vətəndaşı olduğun ölkədə türkəsilli milli azlığına mənsub olmalı və bunu müvafiq formada təsdiq etməlisən. Digər bir tərəfdən sənin türk əsilli olub-olmamağına ancaq Prezident Administrasiyası özü qərar verə bilər. Bu da bir problemdir. Yəni, mən türkəsilli milli azlıq və ya türkəsilli vətəndaş belə olsam, sənədləri verdikdən sonra buna Göç (Miqrasiya) İdarəsi Prezident Administrasiyası ilə bir yerdə qərar verəcəklər”.

Politoloq bildirib ki, bu sənədin hansı dövlətlərə və hansı türkəsilli milli azlıqlara şamil ediləcəyi hələ tam bəlli deyil:

“Biz bu mövzunu bir neçə hüquqşünas ekspertlə müzakirə etmişik və məsələyə yenidən baxılması üçün müvafiq nazirliklərə müraciət etmək niyyətindəyik. Yəqin ki, bununla bağlı bir neçə gün sonra rəsmi açıqlama veriləcək”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri