Icma.az
close
up
RU
Türkiyədə yeni siyasi mərhələ: Davudoğlu siyasətdən niyə getdi?

Türkiyədə yeni siyasi mərhələ: Davudoğlu siyasətdən niyə getdi?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Türkiyənin sabiq Baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlunun siyasətdən getdiyini və rəhbərlik etdiyi partiyanın fəaliyyətinə son verdiyini açıqlaması ölkənin siyasi gələcəyi ilə bağlı yeni müzakirələrə yol açıb. 

Siyasi şərhçi Azər Hüseynov Qaynarinfo-ya açıqlamasında bu qərarın Türkiyədə siyasi qüvvələr nisbətinə, daxili siyasi proseslərə və ölkənin xarici siyasət kursuna mümkün təsirlərini dəyərləndirib.

Azər Hüseynov bildirib ki, Əhməd Davudoğlunun siyasətdən getməsi ilə eyni dövrdə Cümhuriyyət Xalq Partiyasında (CHP) Özgür Özəlin ön plana çıxması təsadüfi görünmür:

"Bu, Türkiyədə siyasi proseslərin bir-biri ilə sıx bağlı şəkildə inkişaf etdiyini göstərən növbəti nümunədir. Davudoğlunun təmsil etdiyi sağ-mühafizəkar siyasi xəttin zəifləməsi fonunda ölkədə yeni siyasi balansın formalaşdırılması istiqamətində cəhdlərin olduğu ehtimalını istisna etmək olmaz. Bu, həm də sağ cinahın yenidən təşkilatlanmasına və siyasi çəkisinin artırılmasına hesablanmış daha geniş strateji prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, Davudoğlunun aktiv siyasətdən çəkilməsi onun siyasi karyerasının tam başa çatması demək deyil. Türkiyə siyasətində əvvəllər də oxşar nümunələr olub. Ona görə də gələcəkdə onun yenidən siyasi proseslərdə iştirak etməsi və müəyyən rol  oynaması ehtimalı qalır".


Siyasi şərhçi bildirib ki, Davudoğlunun qərarı Türkiyənin daxili siyasi mühitində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər:

"Çünki ölkənin siyasi sistemində yenilənmə ehtiyacı artıq uzun müddətdir hiss olunur və bu proses xarici siyasətdə baş verən dəyişikliklərlə də sıx bağlıdır. Son illərdə iqtisadi problemlərin dərinləşməsi, inflyasiyanın yüksək səviyyədə qalması və orta təbəqənin sosial-iqtisadi vəziyyətinin zəifləməsi ənənəvi sağ-mühafizəkar elektoratın mövqelərinə təsirsiz ötüşməyib. Bunun nəticəsində xüsusilə Cümhuriyyət Xalq Partiyasının təmsil etdiyi siyasi xətt cəmiyyətdə daha çox dəstək qazanmağa başlayıb. Belə şəraitdə sağ siyasi düşərgədə yeni konfiqurasiyanın formalaşması və siyasi tarazlığın yenidən qurulması istiqamətində addımların atılması gözləniləndir. Lakin bu proseslərin Türkiyənin siyasi xəritəsini hansı istiqamətdə dəyişəcəyini indidən qəti şəkildə söyləmək mümkün deyil. Bunun cavabını zaman verəcək".

Azər Hüseynovun sözlərinə görə, Əhməd Davudoğlu aktiv siyasətdən uzaqlaşsa da, onun formalaşdırdığı xarici siyasət konsepsiyası bu gün də Türkiyənin diplomatik yanaşmalarında müəyyən dərəcədə öz təsirini saxlayır:

"Təsadüfi deyil ki, Davudoğlu müasir Türkiyə xarici siyasətinin əsas nəzəriyyəçilərindən biri hesab olunur. Onun "Strateji dərinlik" konsepsiyası Türkiyənin regional dövlət statusu ilə kifayətlənməməsini, qlobal siyasi proseslərdə fəal aktora çevrilməsini nəzərdə tuturdu. Bu yanaşma Ankara üçün həm Qərblə, həm də Şərqlə eyni vaxtda çoxşaxəli münasibətlər qurmağı strateji zərurət  kimi təqdim edirdi".


Ekspert bildirib ki, son illərdə Türkiyənin Yaxın Şərq, Cənubi Qafqaz, Aralıq dənizi və digər regionlarda fəal siyasət yürütməsi müəyyən mənada həmin konsepsiyanın praktik elementlərini özündə əks etdirir:

"Doğrudur, bəzi istiqamətlərdə ABŞ və Qərb dövlətlərinin maraqları ilə üst-üstə düşən məqamlar var, digər məsələlərdə isə Ankara ilə Qərb arasında ciddi fikir ayrılıqları müşahidə olunur. Bütün bunlara baxmayaraq, Davudoğlunun nəzəri irsi Türkiyənin xarici siyasət düşüncəsində hələ də öz əhəmiyyətini qoruyur və onun siyasi səhnədən çəkilməsi bu ideoloji xəttin tamamilə aradan qalxacağı anlamına gəlmir".

Qeyd edək ki, Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb. O bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. Məsələ ilə bağlı yazılı bəyanat yayan 67 yaşlı Əhməd Davudoğlu Gələcək Partiyasının fəaliyyətinə də son verildiyini bildirib. 

Xatırladaq ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin Baş naziri olub. 2016-cı ildə postundan istefa verən siyasətçi 2019-cu ildə Gələcək Partiyasını təsis etmişdi. 

Siyasət şöbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri