Türkiyədə yoxsulluq həddi sürətlə yüksəlir Son rəqəmlər
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Türkiyədə yaşayış xərclərinin artması fonunda açıqlanan yeni rəqəmlər diqqət çəkib.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, Türkiyə İşçi Həmkarlar İttifaqları Konfederasiyası (TÜRK-İŞ) dörd nəfərlik ailə üçün aclıq həddinin 38 min 24 lirəyə, yoxsulluq həddinin isə 123 min 856 lirəyə çatdığını açıqlayıb.
Hesablamalar Ankarada yaşayan dörd nəfərlik ailənin minimum yaşayış ehtiyacları əsasında aparılıb.
Açıqlanan məlumatlara əsasən, ailənin sağlam, balanslı və kifayət qədər qidalanması üçün aylıq ərzaq xərcləri 38 min 24 lirə təşkil edir. Bu məbləğ aclıq həddi kimi müəyyənləşdirilib.
Yoxsulluq həddi isə yalnız qida xərclərini deyil, geyim, mənzil, nəqliyyat, təhsil, səhiyyə və digər zəruri ehtiyacları da əhatə edir. Bu xərclərin ümumi məbləği aylıq 123 min 856 lirə hesablanıb.
İki göstərici arasındakı fərq 85 min 832 lirədir. Bu isə ailənin ərzaqdan başqa əsas ehtiyaclarını ödəməsi üçün tələb olunan əlavə vəsaiti göstərir.
TÜRK-İŞ-in 30 oktyabr 2026-cı il tarixli hesabatına əsasən, subay bir işçinin aylıq yaşayış xərci də 49 min 124 lirə müəyyən edilib.
Araşdırmaya görə, oktyabrda ərzaq qiymətləri əvvəlki ayla müqayisədə 0,59 faiz, son bir ildə isə 33,83 faiz artıb. Dörd nəfərlik ailənin yoxsulluq həddi ötən ilin eyni dövrü ilə müqayisədə 31 min lirədən çox yüksəlib.
Baxış sayı:135
Bu xəbər 31 Oktyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















