Türkiyədə zavodda PARTLAYIŞ: 10 ölü, 15 yaralı var VİDEO
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin İzmir vilayətində yerləşən dəmir-polad zavodunda güclü partlayış baş verib.
Lent.az xəbər verir ki, hadisə Aliağa rayonunda yerləşən “HABAŞ” şirkətinə məxsus zavodda qeydə alınıb.
Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən, təcili tibbi yardım və axtarış-xilasetmə qrupları cəlb olunub.
Son məlumatlara görə, hadisə nəticəsində 10 işçi həyatını itirib, 4-ü ağır olmaqla 15 nəfər yaralanıb. Dağıntılar altında qalanların olduğu bildirilir.
İzmir Valiliyinin ilkin araşdırmasına əsasən, partlayışın maye poladın tökülməsi zamanı tavan kranının qoparaq elektrik qövs sobasına düşməsi nəticəsində baş verdiyi ehtimal olunur.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 09 Noyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















