Türkiyədən ABŞa Əsəd rejimi ilə bağlı növbəti xəbərdarlıq...
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Tərəflər Suriyadakı son prosesləri müzakirə ediblər.
Görüşdə nazir Fidan Suriyada əvvəlki səhvlərin təkrarlanmamasının vacibliyini vurğulayıb və bu məqamda rejimin realist davranması, müxalifətlə dialoq qurması və siyasi prosesə başlaması lazım olduğunu vurğulayıb.
Bölgədəki bütün aktorların bu istiqamətdə konstruktiv rol oynaması lazım olduğunu vurğulayan nazir Fidan, PKK və İŞİD kimi terror təşkilatlarının Suriyadakı xaotik mühitdən faydalanmasına imkan verilməməsi lazım olduğunu bildirib.
Türk nazir rejimin sahib olduğu kimyəvi silahların bölgə üçün riskə çevrilməməsi üçün lazımi tədbirlərin görülməsinin faydalı olacağını da qeyd edib.
Bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini xatırladan nazir Fidan Türkiyənin bu mövzuda lazımi dəstəyi verdiyini xatırladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Dekabr 2024 02:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















