Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT Baş Assambleyasında İsrail Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətindən bir nəfərin zalda olması ətrafında qardaş ölkədə bəzi media qurumları və sosial şəbəkə istifadəçilərinin başlatdığı qara kampaniyaya əhəmiyyət verməmək olar.

Əvvəla, bu cür kampaniyalar ilk dəfə deyil və hər fürsətdə Türkiyədəki bəlli qruplar hansısa bəhanədən bizə qarşı istifadə edirlər;

İkincisi, bu qara kampaniyanın cavabını adətən türkiyəli aydınlar özləri verir, bizə ehtiyac qalmır və qalmamalıdır da!

Budəfəki kampaniyanı körükləyənlər və hadisəni manipulyasiya edənlər aydındır: sanki hamı zalı tərk edib, Azərbaycan orada qalıb! Hətta süni intellektlə bəzi videolar da düzəldiblər – guya zalda qalmaq Netanyahunu alqışlamaq deməkdir.

Bu, bəsit, primitiv yanaşma ilk baxışdaca Azərbaycana qarşı türk kimliyi altında gizlənən erməni-yunan şəbəkəsinin kampaniya apardığını anlamaq üçün kifayət edir. Amma, təəssüf ki, əsl-nəsil türklər də manipulyasiya olunur.

Ötən gün Türkiyə media qurumunun sosial şəbəkə hesabında paylaşılan və minlərlə şərh yazılan “statusa” isə artıq cavab verməmək olmur! Status bu “zəif yerin” üzərində qurulub: “Dildə qardaş deməklə deyil, qardaş dar gündə tanınar!”

Azərbaycanın qardaşlığı Türkiyə ilədir, Fələstinlə deyil – baxmayaraq ki, Fələstinin haqlarını da müdafiə edirik, Fələstinə maddi-siyasi dəstək veririk, Şərqi Qüds mərkəzli Fələstin dövlətinin qurulmasını Azərbaycan rəsmən elan edib!

Amma:

- 1992-ci ildə Qarabağda azərbaycanlıların soyqırımını həyata keçirən, Bakıda metroda teraktlar törədən erməni terror qruplaşmalarının Fələstində təlim keçdiyini (Yeri gəlmişkən, ASALA-nın Fələstindəki təlim düşərgələrinin koordinatlarını MİT-ə MOSSAD vermişdi),

- Yasir Ərəfatın Azərbaycan torpaqlarının işğalını təşviq edən erməni dini-siyasi liderlərlə ağız-ağıza marça-març öpüşdüyünü (videoları hər yerdə indi də qalır),

- FAT-ın ermənilərin işğal siyasətini dəstəklədiyini, Azərbaycanı ittiham etdiyini əsla və əsla unutmuruq!

Qəribədir ki, türkiyəli qardaşlarımız Birinci Dünya müharibəsində Osmanlı imperiyasının paramparça olması və İstanbul da daxil, əsas şəhərlərinin işğal edilməsinin əsl səbəbkarlarını unudublar deyəsən! Sultan Əbdülhəmidin Osmanlının bütün borclarını bağlamaları müqabilində indiki Fələstin ərazisində yəhudilərin torpaq almasına izin verməsi xahişini rədd etməsinə rəğmən, ərəblərin torpaqlarını ikiqat qiymətə şirniklənib satdığını, daha sonra isə ingilis kəşfiyyatı ilə Osmanlıya qarşı tələ qurduğunu yaddan çıxarıblar. “Ərəbistanlı Lourens” ləqəbli ingilis zabiti Tomas Edvard Lourensi xatırlamaq kifayətdir.

Canı-qanı ilə islamın müqəddəs şəhərlərini qoruyan türk əsgərlərinə arxadan bıçaq saplayan, onları kor qoyan kimdir?

O qara piarın altında Atatürkün “Türkün türkdən başqa dostu yoxdur” sözlərinə də lağ edilir. Qazi Mustafa Kamal gördüyü, müşahidə etdiyi və yaşadığı həqiqəti dilə gətirmişdi – indiki nəsil yaddaş problemi yaşayır deyə, anlamır.

Əlbəttə ki, qardaş dar gündə tanınar – tamamilə haqlıdır türkiyəli statuskarlar!

Türkiyə üçün dar gün Çanaqqala savaşı idi – minlərlə azərbaycanlı Türkiyə yaşasın deyə, o dar gündə canını fəda etdi!

Türkiyə üçün dar gün İstiqlal savaşı idi – azərbaycanlılar nişan üzüklərinə qədər Atatürkün savaşına dəstək üçün göndərirdi; bolşevik Nərimanovun yardımları və Atatürkə sözləri isə bir tarixdir!

Türkiyə üçün dar gün 2023-cü il 6 fevral idi – nəyimizi əsirgədik? Qəhrəmanmaraşda Azərbaycan Məhəlləsi dar gündə qardaşın yanınızda olmasının dəlili deyilmi? Bu dəhşətli zəlzələnin ardınca başlayan seçki yarışı ərəfəsində evlərə havayı verilən qaz İranın idi, yoxsa Rusiyanın?

Türkiyə üçün dar gün total şəkildə meşələrin yandırılması idi – yüzlərlə yanğınsöndürənlərimiz aylarla orada çalışdı...

Netanyahunun BMT BA-da çıxışı Türkiyə üçün “dar günmü” oldu? Bunu hardan çıxartdınız?

Türkiyə və Azərbaycanın birgə siyasəti!

Türkiyə 2024-cü ildən Suriyada fərqli bir siyasət həyata keçirir, bu siyasət İsrailin qətiyyən maraqlarına uyğun deyil.

Azərbaycan kimin yanındadır? Türkiyə hakimiyyətinin bir xahişi ilə Azərbaycan qazı Suriyaya axmadımı? Əhməd əş-Şara hakimiyyətə gələndən 6 ay sonra Bakıya səfər etmədimi?

Azərbaycan tam gücü ilə Türkiyənin Suriya siyasətinə dəstək vermirmi?

Türkiyənin Yaxın Şərq (Liviyadan İraqa kimi) və Orta Asiya (Türküstan) siyasətində yanında ən güvənilən qardaşı kimdir?

Gələk İsrailə...

İsrailə özəl münasibətimizin yüzlərlə səbəbi var:

- Bu ölkə ən dar günümüzdə dünyadakı diasporunu ixtiyarımıza verib;

- Müsəlman, şiə qardaşımız, qonşumuz və əhalisinin yarısı azərbaycanlı olan İran Ermənistana iqtisadi-siyasi dəstək verib, 30 il boyunca Azərbaycan torpaqlarının işğalda qalmasına çalışanda İsrail işğala qarşı mübarizəmizdə hər zaman yanımızda olub!

- İsrail 1990-larda Azərbaycanda teraktların qarşısının alınmasına töhfə verib;

- İsrail heç kim Azərbaycana silah satmayanda bizə silah satıb - halbuki yəhudi Zelenski illərdir yalvarsa da, Təl-Əviv ona silah satmır;

- İsrail Fələstindən fərqli olaraq, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini hər zaman ən yüksək kürsülərdən deyib!

İşğal bitəndən sonra isə Azərbaycanla ABŞ arasında ən yüksək səviyyədə münasibətlərin qurulmasında müstəsna rol oynayır.

Yeri gəlmişkən, Trampın Ağ Evdə kreslosunu şəxsən çəkdiyi iki lider var: Biri İlham Əliyevdir!

Qəribə bilirsinizmi nədir?

Bütün bunlara rəğmən Azərbaycan Qəzzada baş verənləri pisləyir, Fələstin dövlətinin qurulması vacibliyini elan edir, Mahmud Abbası Bakıda təmtəraqla qəbul edir, Ramallahda nümayəndəlik açır, Fələstinə maddi yardımlar göndərir...

Və İsrail bircə dəfə Azərbaycana ictimai şəkildə etiraz etməyib, heç yəhudilər də sosial şəbəkə hesablarında bizə qarşı narazılıq etmirlər – nəinki söyüş-təhqir!

Halbuki Azərbaycanda yaşamış və hazırda İsrailə və dünyanın müxtəlif ölkələrinə köçən yəhudilər azərbaycanlıları qardaşlarından artıq sevirlər – onlar Azərbaycanın təmənnasız lobbiçiliyini edir, təbliğatımızı aparırlar və azərbaycanlı dostlarına nələrsə yazıb, etiraz edə də bilərlər.

Qətiyyən etmirlər, bu məsələlərə qarışmırlar!

Çünki İsrail və yəhudilər Azərbaycan dövlətinin maraqlarını yaxşı anlayırlar!

Netanyahu danışanda Azərbaycan nümayəndəsi niyə çıxmamalıydı, bilirsinizmi?

Türkiyə NATO-nun ən nəhəng güclərindən biridir, qüdrətli ölkədir! Ancaq Türkiyə Rusiya ilə sıx münasibətlər saxlayan nadir NATO-çudur!

NATO üzvü Türkiyə Rusiyadan S-400 alır!

NATO üzvü Türkiyədə AES-i Rusiya tikir!

Niyə Türkiyə yaxın müttəfiqlərinin yanında yer alıb, Rusiyaya sanksiyalar tətbiq etmir?

Çünki Türkiyə müstəqil dövlətdir, qərarlarını müstəqil verir və Rusiya ilə münasibətləri qoruyub saxlayır və doğru da edir. Məhz buna görə, Rusiya-Ukrayna danışıqları üçün hazırda da ən uyğun platformalardan biri Türkiyə hesab edilir.

Rusiya ilə danışıqlar aparacaq azsaylı ölkələr sırasında Türkiyə başda gəlir!

Azərbaycan da İsraillə danışıqlar apara biləcək nadir müsəlman ölkəsindən biridir! Bunun nəyi pisdir ki!

İsraildə hakim partiya Knessetə “erməni soyqırımı” layihəsini təqdim etdi. Cəmi bir neçə ay öncə onu Knessetin müzakirəsinə imkan vermədən gündəmdən çıxaran və ümumiyyətlə o söhbəti “bağlatdıran” ölkə Azərbaycan deyildimi?

İsraillə Türkiyə, İsraillə Suriya nümayəndələri arasında görüşlər-müzakirələr Azərbaycanın sayəsində baş tutur!

İsraildən Türkiyəyə qarşı qırmızı cizgilər keçiləndə onun qarşısına ilk Azərbaycan çıxır!

İsrail problemdirsə - ərəb ölkələrinin problemidir, ilk növbədə ərəb ölkələri özlərinin “əmisi oğlu” sayılan bu xalqla münasibətlərinə aydınlıq gətirməlidirlər!

Netanyahu çıxış edərkən ərəb ölkələri zalda ola-ola Azərbaycanın zaldan çıxmadığını qabartmaq doğru yanaşma deyil!

Yeri gəlmişkən:

Ərdoğan dünən Anım Günü ilə bağlı İlham Əliyevə zəng etdi!

Yəni Azərbaycanın nəyi nə vaxt necə etməyi nə qədər gözəl bacardığını Türkiyə hakimiyyəti də bilir, dəstəkləyir və qardaşının yanında olduğunu hər zaman göstərir!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Sentyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri