Icma.az
close
up
RU
Türkiyədən Azərbaycana daha bir qardaş dəstəyi

Türkiyədən Azərbaycana daha bir qardaş dəstəyi

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, İrana məxsus olan pilotsuz uçuş aparatlarının (PUA) Naxçıvan Muxtar Respublikasındakı Naxçıvan Beynəlxalq Hava Limanı və ətraf ərazilərə düşməsi nəticəsində hava limanına ziyan dəyib.

Xalqcebhesi.az xəbər verir ki, Naxçıvan hava limanının bağlanması Bakı ilə Naxçıvan arasında birbaşa hava əlaqəsinin müvəqqəti kəsilməsinə səbəb olub. Bu vəziyyəti nəzərə alan Türkiyə tərəfi Bakıdan Naxçıvana uçan təyyarələrin Iğdıra enməsi və sərnişinlərin xüsusi ayrılmış avtobuslarla Naxçıvana çatdırılması təklifini irəli sürüb. Rəsmi Bakı bu təklifi qəbul edib və artıq Bakıdan qalxan təyyarələr Iğdır hava limanına eniş edir.

Artıq ötən gün ilk mərhələdə beş sərnişin təyyarəsi Iğdır hava limanına eniş edib. İlk təyyarə ilə birlikdə 72 sərnişin Iğdıra çatıb.

Iğdıra gedən sərnişinləri hava limanında Iğdır millət vəkili Cantürk Alagöz, Iğdır vali müavini Ahmet Gökçecik, Azərbaycanın Kars şəhərindəki baş konsulu Zamin Əliyev, Iğdır Universitetinin rektoru Ekrem Gürel, AK Partiya Iğdır il təşkilatının sədri Ali Kemal Ayaz və Iğdır hava limanının müdiri Fikret Bağca çiçəklərlə qarşılayıblar.

Rəsmi mənbələrdən verilən məlumata görə, Naxçıvan hava limanı yenidən fəaliyyətə başlayana qədər Bakı–Naxçıvan uçuşları Iğdır hava limanı üzərindən həyata keçiriləcək.

Iğdır millət vəkili Cantürk Alagöz baş verən hadisə ilə bağlı açıqlamasında bunları deyib:

“Oradakı vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq. Yaralılarımıza təcili şəfa arzulayırıq. Bölgədə baş verən hadisələrin daha da böyüməsini istəmirik. Yanıbaşımızda baş verən hadisələr təbii ki, bizi də təsirləndirir. Naxçıvan hava limanında baş verən hadisəyə görə hava limanı bir müddətlik uçuşlara bağlanıb. Təhlükəsizlik baxımından Bakı–Naxçıvan uçuşları bundan sonra Iğdır üzərindən həyata keçiriləcək. Naxçıvanlı, azərbaycanlı qardaşlarımızı burada görməkdən məmnunluq duyacağıq”.

Alagöz həmçinin bildirib ki, Iğdır hava limanının ilk dəfə beynəlxalq uçuşlara xidmət göstərməsi mühüm hadisədir. Onun sözlərinə görə, hava limanının gömrük zonası statusu alması və uçuşların açılması bu prosesdə böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, Naxçıvan hava limanı yenidən fəaliyyətə başlayana qədər Bakından gələn sərnişinlər Iğdır üzərindən quru yolu ilə Naxçıvana keçəcəklər.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Mart 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri