Türkiyədən Azərbaycana hücumların səbəbi bəlli olur
Icma.az bildirir, Modern.az portalına istinadən.
Türkiyə Ermənistanla sərhədləri açmağa hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev “Facebook” paylaşımında bildirib.
“Əldə etdiyim sensasion bir məlumatdan özümə gələ bilmirəm. Heç demə, Türkiyə hakimiyyəti yaxın vaxtlarda Paşinyanla gizli sövdələşmə nəticəsində Ermənistanla sərhədlərini açmağa hazırlaşır. İndiki şəraitdə və şərtlərdə Azərbaycanda bunun böyük narazılıqla qarşılanacağını bilir. Ona görə də Türkiyə hakimiyyəti daxilində bir qrup belə bir təhlükəli tezis ortaya atıb ki, Azərbaycandan tez bir zamanda düşmən obrazı yaratmaq lazımdır (son aylarda Türkiyə mediasında aparılan qarayaxma, şərləmə kampaniyası da bu iyrənc planın tərkib hissəsidir), elə fon verilməlidir ki, guya Azərbaycan Türkiyənin İsraillə bağlı mövqeyinə qarşı addımlar atır, buna görə də Ankara da sonda məcbur qalıb Bakının mövqeyini nəzərə almayıb. Yəni Türkiyənin Ermənistanla sərhədlərini açmağa görə elə Azərbaycan özü günahkar bilinsin. Biz də burada Ermənistanla sülh müqaviləsini ona görə imzalamırıq ki, Ermənistan Konstitusiyasında həm də Türkiyənin ərazi bütövlüyünə qarşı torpaq iddiaları var. Bu Azərbaycan dövlətinin və liderinin qətiyyəti, uzaqgörənliyi, bu da Türkiyə hakimiyyətinin içərisindəki davranışlar! Heç mi utanmırsınız?”, - deyə Ədalət Verdiyev qeyd edib.
Baxış sayı:161
Bu xəbər 27 Sentyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















