Icma.az
close
up
RU
Türkiyədən Naxçıvana daha bir qapı açıldı

Türkiyədən Naxçıvana daha bir qapı açıldı

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün tarixi bir gün idi: Dünyanın çalxalandığı, anbaan dəyişdiyi bir dönəmdə Azərbaycan-Türkiyə birliyi daha bir mühüm layihə ilə möhkəmləndi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən İğdır-Naxçıvan qaz boru xətti regional birlik və gələcək inkişaf baxımından müstəsna əhəmiyyət kəsb edir.
Xatırlayırıq ki...
35 il əvvəl Naxçıvan blokadaya düşəndə və Türkiyə ilə sərhəddəki “Ümid” körpüsü istifadəyə verilən ərəfədə qardaş ölkənin İğdır, Ağrı, Aralıq kimi bölgələri ölkənin ümumi inkişafından kifayət qədər geri qalırdı. Asfalt yollar, təbii qaz, dayanıqlı enerji, dəmir yolları yox dərəcəsində idi. Əhali çiy kərpicdən tikilən şəraitsiz evlərdə yaşayırdı, sənaye inkişaf etməmişdi, yalnız kənd təsərrüfatı əsas gəlir mənbəyi kimi ön sırada dayanırdı.
Lakin “Sədərək-Dilucu” körpüsünün açılışından sonra ticarət və tranzit imkanları xeyli genişlənən bu bölgələr Naxçıvanla, Azərbaycanla iqtisadi-ticarət əlaqələrinə görə sürətlə inkişaf edərək müasir mərhələyə gəlib çatdılar. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu əlaqələr öz növbəsində Naxçıvanın da blokadasının yarılmasına, tranzit imkanlarının genişlənməsinə, diyarın quruculuq, inkişaf xəritəsinin zənginləşməsinə rəvac verdi.
Qısası, tarix və zaman təsdiq etdi  ki, regionda həyata keçirilən bütün böyük layihələrdən hər iki qardaş ölkə böyük fayda görür. Bu gün "Bakı-Tbilisi-Ceyhan” neft, "Bakı-Tbilisi-Ərzurum” qaz, “Bakı-Tbilisi-Qars” dəmir yolu, TANAP, TAP kimi dünya miqyaslı faydalı layihələrə “İğdır-Naxçıvan” qaz kəməri, eləcə də artıq tikinti mərhələsində olan “Qars-İğdır-Naxçıvan” dəmir yolu xətti də qoşulur...
Əsas məsələ: Bir mənbədən asılılıq aradan qalxır
2023-cü il sentyabrında əsası qoyulan İğdır-Naxçıvan Qaz Boru Xəttinin Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırır.
Layihənin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritetləri sırasında yer alması bir daha təsdiq edir ki, dövlətimizin başçısı Naxçıvanın hərtərəfli inkişafı və enerji təhlükəsizliyini özünün siyasi və dövlətçilik fəaliyyətində əsas istiqamət kimi götürüb.
İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edən kəmərin gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malik olması kifayət qədər yaxşı göstəricidir. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür ki, bu da Naxçıvanın qaza tələbatınının dayanıqlığını şərtləndirir, artan əhali və sənaye sahələrinin də tələbatını ödəyir. 
Mübadilə daim riskli idi
Bəllidir ki, hazırda Naxçıvana qaz nəqli İran vasitəsilə, ölkələrimiz arasında bağlanan svop müqaviləsi əsasında həyata keçirilir. Azərbaycan və Türkiyə mediasına açıqlamalar verən ekspertlər bildirir ki, Naxçıvana İran üzərindən qazın nəqli digər ölkələr arasındakı "mavi yanacaq" mübadilələri ilə müqayisədə bir neçə dəfə bahadır. İran xidmət haqqını dünyada qəbul edilmiş qiymətlərdən daha yüksək səviyyədə tuturdu,  Azərbaycandan 15 faiz həcmində natural qaydada qaz alırdı.
Bu, Azərbaycan üçün əlavə sərfiyyat idi.  Halbuki bu tip dəyişmələrdə dünyanın əksər ölkələrdən ən çox  5 və 7 faiz haqq nəzərdə tutulur. Bəzən isə qonşu ölkə bu mübadilədən  siyasi təsir vasitəsi kimi də istifadə etməyə çalışırdı.  Bu baxımdan deyə bilərik ki, mübadilə daim riskli idi və 2021-ci ildə bir neçə günlük olsa da Naxçıvana qaz verilişinin dayandırıldığının şahidi olmuşduq. Xatırladaq ki, Azərbaycanla İran arasındakı sözügedən proseslə bağlı müqavilənin müddəti 2025-ci ildə bitir.
“Əsas cəhət həm də ondan ibarətdir ki, hazırda gündəmdə Zəngəzur dəhlizinin açılması var və artıq Azərbaycan öz ixrac potensialının şaxələnməsini, buraxlış, nəql, ixrac imkanlarını genişləndirmək istiqamətində bu dəhliz üzərindən də prosesləri həyata keçirməyi mümkün hesab edir. Belə olduğu halda, İgdır-Naxçıvan xətti ikinci dəfə "Revers" statusuna malik olacaq, geri işləmə imkanlarını əldə edə biləcək. Artıq Azərbaycan qazının məhz Naxçıvan-İgdır istiqamətində də şaxələnəmiş ixracını təmin etmək olacaq”-deyə mütəxəssislər vurğulayır.
Qısası, bu kəmərin ən vacib əhəmiyyəti həm də ondan ibarətdir ki, hər iki istiqamətdə hərəkət edə biləcək. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan tranzit bir məkan kimi iqtisadi müstəviyə daxil olacaq. Bu, iqtisadiyyatın şaxələnməsinə, minlərlə iş yerinin, sənaye parklarının açılmasına şərait yaradacaq.
Avrasiyanın enerji xəritəsi dəyişildi
Bu gün Azərbaycan regionun əsas enerji qovşağıdır və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayaraq Avrasiyanın enerji xəritəsini dəyişdi.
Prezident İlham Əliyev tərəfindən “Yaşıl enerji zonası” elan edilən Naxçıvanla bağlı həyata keçirilən bu layihə Naxçıvanın, eləcə də Azərbaycanın enerji müstəqiliyini gücləndirir, Türkiyə ilə iqtisadi-tranzit bağları daha da möhkəmləndirir.
Az əvvəl başa çatan təntənəli açılış mərasimində Prezident İlham Əliyev bildirdi ki, İğdır-Naxçıvan qaz xətti layihəsi Türkiyə Azərbaycan qardaşlığında tarixi önəmə sahibdir.  Dövlət başçısı qədim Azərbaycan torpağı olan Naxçıvanın bir əsrdir ki, Azərbaycanın əsas hissəsindən ayrı düşdüyünü, tarixi ədalətsizliklə üzləşdiyini, Naxçıvanda yaşayan əhalinin illərlə dərin məhrumiyyət və böhran şəraitində yaşadığını önə çəkdi, 90-cı illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvanı işğaldan qoruduğunu, “Ümid” körpüsünün Naxçıvanın qorunması və inkişafına böyük töhfə verdiyini diqqətə çatdırdı:
“Həyata keçirilən bu böyük layihələr Türk dünyasının birliyinə mühüm töhfədir”.
Qardaş ölkə Prezidenti R.T. Ərdoğanın da fikirləri diqqəti cəlb etdi: “İndi həyata keçirdiyimiz layihə Azərbaycanla tale birliyinin növbəti nümunəsi olacaq”. 
Qapılar açılır
Bu gün həm də yaxın illərdə gerçəkləşdiriləcək Türkiyə-Naxçıvan elektrik xətti layihəsinin də siqnalı verildi.  Deməli, tarixi önəm kəsb edən uğurlu layihələr hələ bitməyib. Böyük strateji önəmə və əlverişli coğrafi mövqeyə sahib olan Naxçıvanın qapıları bütün dünyaya açılmaqdadır…
Sahil Tahirli, “Naxçıvan MR Televizya və Radio Verilişləri” QSC-nin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Mart 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see402

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see306

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see261

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see249

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see223

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see221

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see219

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see218

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see205

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see204

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see186

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see186

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see182

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see167

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see166

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see166

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see165

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see165

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see163

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri