Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Türkiyəli alim azərbaycanlı arxeoloqlar üçün şüşə istehsalı tarixinə dair seminar keçirib

Türkiyəli alim azərbaycanlı arxeoloqlar üçün şüşə istehsalı tarixinə dair seminar keçirib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 fevral, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunda Türkiyə Cümhuriyyətinin Mardin şəhərində yerləşən Artuklu Universitetinin doktoru arxeoloq Elif Hanarın "Şüşənin tarixi və istehsal texnologiyası" adlı seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a Arxeologiya və Antropologiya İnstitutundan bildirilib. İnstitutun elmi əməkdaşları üçün nəzərdə tutulmuş seminarda Tunc dövrü arxeologiyası şöbəsinin müdiri dosent Səfər Aşurov bildirib ki, ötən il Azərbaycandan olan elmi heyət Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi ilə İğdır vilayəti ərazisində arxeoloji kəşfiyyat işləri aparıb. Türkiyə və Azərbaycan arxeoloqlarının birgə fəaliyyəti dövründə şüşə istehsalının yaranması və şüşə məmulatlarının istehsal texnologiyasının tarixi üzrə araşdırmalar aparan doktor Elif Hanarın tədqiqatları böyük marağa səbəb olub. Azərbaycanda bu istiqamətdə tədqiqatlar bir zamanlar professor Aləm Nuriyev tərəfindən aparılıb.

“Amma hazırda Azərbaycanda bu mövzunun arxeometrik aspektləri üzrə tədqiqatlara ciddi ehtiyac vardır. Elə bu səbəbdən qarşılıqlı əməkdaşlıq çərçivəsində xanım Elif Hanarı Azərbaycana dəvət etdik. Bu səfər ərzində türkiyəli alim Azərbaycanda arxeoloqlar tərəfindən aşkar edilmiş ən qədim dövrlərdən orta əsrlərədək geniş bir tarixi mərhələni əhatə edən şüşə məmulatı nümunələri ilə tanış olub. Eyni zamanda, Elif Hanar azərbaycanlı arxeoloqlar üçün şüşə istehsalı tarixi mövzusu üzrə seminar keçirməyə məmuniyyətlə razılığını bildirib”, - deyə Səfər Aşurov vurğulayıb.

Daha sonra Elif Hanar şüşə istehsalının tarixi ilə bağlı mühazirəsini təqdim edib. Vizual elektron təqdimatla müşayət olunan mühazirəsində türkiyəli alim bildirib ki, arxeoloji tədqiqatlarda ən qədim şüşə texnologiyasının Mesopotamiyada e.ə. III minilliyin əvvəlində, yəni İlk Tunc dövründə muncuqların istehsalında istifadə edilməsi izlənilib. Daha sonra isə şüşə istehsalı texnologiyası Yaxın Şərqə yayılıb, müxtəlif texniki üsullar və qatqılarla mürəkkəbləşib. Mürəkkəbləşməyə və artıq müxtəlif çeşidli məhsulların istehsalına baxmayaraq, Şümer-Akkad mixi yazılı gil lövhələrində əks olunmuş şüşə istehsalının təməl texnologiyası Roma imperiyasınadək 2000 il ərzində dəyişilmədən müxtəlif dövrlərdə fərqli regionlara və xalqlara ötürülürdü. Arxeoloji baxımdan şüşənin qab istehsalında işlədilməsini göstərən ən qədim fakt - Tell-əl-Rimah abidəsində (müasir İraqın Nineva bölgəsi) e.ə. XV-X əsrlərə aid təbəqədə tapılmış üzəri ziqzaq şəkilli naxışlarla bəzədilmiş şüşə bardağın qalığıdır. Faktiki eyni dövrdə qədim Misirdə və ümumiyyətlə, Yaxın Şərqdə şüşə istehsalı kustar sənaye formasını alır.

Xanım Elif Hanar daha sonra Yaxın Şərqin qədim dövründən Roma imperiyasının sonuna qədər şüşə qab istehsalının üslub və texnologiyalarından, onarın dəyişmə dinamikasından söz açıb. Diyarbəkr muzeyində sərgilənən şüşə məmulatlarının tarixi dövrlərə uyğun təqdimatı bu istehsal sahəsinin zaman keçdikcə hansı ardıcıllıqla dəyişdiyini göstərdi. Böyük maraqla qarşılanan mühazirənin sonunda Türkiyəli alim Elif Hanar iştirakçıların suallarını cavablandırıb. Azərbaycanda bu istehsal sahəsinin tarixi üzrə gələcək elmi araşdırmaların istiqamətləri müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri