Icma.az
close
up
RU
Türkiyəli alim və jurnalist Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitabının təqdimatı olub AZƏRTAC

Türkiyəli alim və jurnalist Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr edilmiş kitabının təqdimatı olub AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da AMEA Rəyasət Heyətində türkiyəli alim-jurnalist Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimat mərasimi keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə foyedə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə dair akademiyanın nəşrlərindən ibarət sərgi ilə tanış olublar.

Mərasimi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevin tarixi danışıb. Qeyd edib ki, dövlət müstəqilliyimizin bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan öz inkişafının ən yüksək mərhələsinə yüksəlib.

AMEA rəhbəri vurğulayıb ki, Ulu Öndərin “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də Azərbaycan və Türkiyə vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı əlaqələr sarsılmazdır.

Akademik İsa Həbibbəyli AMEA-da da hər il Ümummilli Liderə həsr olunan silsilə tədbirlər keçirildiyini, dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinə dair kitablar nəşr olunduğunu, məqalələr yazıldığını bildirib.

Təqdimatı keçirilən “İnsan ürəyi ilə Heydər Baba” kitabının tarixi əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki, nəşrdə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdə misilsiz xidmətləri, yüksək insani keyfiyyətləri, zəngin mənəvi dünyası geniş şəkildə əks olunub. Kitabda nüfuzlu alimlərin, ictimai-siyasi xadimlərin Ulu Öndər haqqında fikirləri, dahi şəxsiyyətlə bağlı xatirələri yer alıb. Heydər Əliyevə həsr olunan bu kitab Ulu Öndərin şəxsiyyətinə ehtiramın ifadəsidir.

Daha sonra Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək 1995-ci ildə Ulu Öndərlə ilk tanışlığından danışıb, Heydər Əliyevin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının böyük oğlu olduğunu bildirib.

“İnsan ürəyi ilə Heydər Baba” kitabını yazarkən alim-jurnalist Aysel Sadak İltaşın Azərbaycana dəfələrlə səfər etdiyini, 51 müsahiblə görüşdüyünü deyən Şamil Ayrım qeyd edib ki, ictimaiyyətə təqdim olunan bu nəşr Ulu Öndər Heydər Əliyevi gələcək nəsillərə daha yaxından tanıtmaq üçün dəyərli töhfədir.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov isə çıxışında Ümummilli Lider Heydər Əliyevlə sıx təmasda olmuş, onu yaxından tanımış insanların xatirələrinin toplandığı kitabın əhəmiyyətini qeyd edib.

“Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci, istərsə də ikinci dövründə fəaliyyətinin əsas istiqamətlərindən biri Türk dünyası ilə əlaqələrin genişlənməsi idi”, - deyə bildirən akademik Əhliman Əmiraslanov vurğulayıb ki, Ulu Öndərin müdrik siyasi fəaliyyəti Azərbaycanın Türk dünyası ilə əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayıb.

Tədbirdə, həmçinin Xalq şairi Sabir Rüstəmxanlı, Qazaxıstan Parlamenti Senatının deputatı Darxan Kıdırəli, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Xalq yazıçısı Elmira Axundova, Türkiyənin Böyük Millət Məclisinin deputatı Cantürk Alagöz kitabın əhəmiyyətindən danışıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. Çıxışlarda Heydər Əliyevin siyasi irsinin hər zaman zəngin mənbə olduğu vurğulanıb, Ümummilli Liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri barədə faktların ictimaiyyətə çatdırılması istiqamətində təşəbbüslərin təqdirəlayiq olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, “İnsan ürəyi ilə Heydər Baba” kitabının əvvəlində müəllifin Ulu Öndərlə müsahibəsinə geniş yer verilib.

Sonda nəşrin müəllifi türkiyəli alim-jurnalist Aysel Sadak İltaş Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri