Icma.az
close
up
RU
NDU da Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı olub FOTOLAR

NDU da Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı olub FOTOLAR

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında türkiyəli alim, Türkiyə Radio-Televiziya Qurumunun müxbiri Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimat mərasimi keçirilib. Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr bölməsindən SİA-ya bildirilib ki, tədbirdə universitetin rektoru Elbrus İsayev bu nəşrin Ümummilli Liderin həyat və fəaliyyətini dərin insani keyfiyyətləri ilə birlikdə təqdim edən dəyərli əsər olduğunu deyib. Qeyd edilib ki, kitabda Ulu Öndərin dövlətçilik prinsipləri, onun müdrik siyasəti və xalqına olan sonsuz sevgisi müxtəlif rakurslardan əks olunub.

Rektor bildirib ki, kitabda tanınmış alimlərin, ictimai-siyasi xadimlərin və görkəmli ziyalıların Heydər Əliyev haqqında düşüncələri, onunla bağlı xatirələri toplanıb. Nəşr, həmçinin Ulu Öndərin ideyalarının bu gün də aktuallığını qoruyub saxladığını və yeni nəsillər üçün örnək olduğunu nümayiş etdirir.

Vurğulanıb ki, kitabın NDU-nun kitabxana fondlarında yer alması qürurvericidir və bu nəşr tələbələr üçün dəyərli elmi mənbə, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə bağlı tədqiqat aparan gənclər üçün etibarlı istinad qaynağı rolunu oynayacaq.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev kitabın Ulu Öndər Heydər Əliyevin şəxsiyyətini, onun yüksək insani keyfiyyətlərini və xalqımıza verdiyi dəyəri geniş şəkildə işıqlandırdığını bildirib. Akademik qeyd edib ki, bu nəşr Heydər Əliyevin şəxsiyyətini dərindən öyrənmək və onunla bağlı tədqiqatlar aparmaq istəyənlər üçün əvəzsiz mənbədir. Kitabda dahi liderin həyatına və irsinə dair dəyərli fikirlər, xatirələr və təhlillər toplanıb.

Sonra İsmayıl Hacıyev müəllifə kitab hədiyyə edib.

Universitetin “Beynəlxalq münasibətlər” kafedrasının dosenti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Emin Şıxəliyev kitabın Heydər Əliyevin çoxşaxəli həyat və fəaliyyətindən bəhs edən dəyərli əsər olduğunu qeyd edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi Urfulla Qurbanov çıxışında Ulu Öndərin Naxçıvana gəldiyi dövrdən bəhs edib, ölkəmizə və xalqına olan sonsuz sevgisini vurğulayıb və onunla bağlı xatirələrini bölüşüb. Urfulla Qurbanov Heydər Əliyevin liderliyinin çətin günlərdə xalq üçün böyük dayaq olduğunu xüsusi qeyd edib. “Sirab” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Namiq Novruzov Heydər Əliyevin ölkəmizin inkişafında və sənaye sahəsindəki müstəsna rolunu vurğulayıb, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatında böyük irəliləyişlər əldə edildiyini qeyd edib.

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya "İnsan ürəyi ilə Heydər Baba" kitabının müəllifini təbrik edib, onun Ulu Öndər Heydər Əliyevin irsini dərindən araşdıraraq dəyərli bir əsər ərsəyə gətirdiyini vurğulayıb.

Sonra müəllif göstərilən dəyər və diqqətə görə minnətdarlığını bildirib, universitetin Elmi Kitabxanasına "İnsan ürəyi ilə Heydər Baba" kitablarını hədiyyə edib.

Tədbirin sonunda rektor Elbrus İsayev Aysel Sadak İltaşa Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə NDU tərəfindən nəşr olunan “Elmi əsərlər” xüsusi buraxılışını, həmçinin “Həyat yolu 1993-2003” və “Naxçıvan: dörd fəsildə” kitablarını təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Yanvar 2025 06:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri