Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Türkiyəli analitiklərdən ŞOK: “İkitərəfli yox, üçtərəfli sülh sazişi imzalanmalıdır, əks halda Azərbaycan hərbi təhdidlərlə üzləşəcək” KONKRET

Türkiyəli analitiklərdən ŞOK: “İkitərəfli yox, üçtərəfli sülh sazişi imzalanmalıdır, əks halda Azərbaycan hərbi təhdidlərlə üzləşəcək” KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Nikol Paşinyan son dövrlərdəki Ermənistan rəhbərləri arasında ən optimal siyasətçi kimi qiymətləndirilir. Çünki II Qarabağ Müharibəsində o, artıq Azərbaycanla hərbi baxımdan rəqabət apara bilməyəcəklərini başa düşdü və bunu dərk edən baş nazir obrazını ortaya qoydu”.

Bu fikirləri Beynəlxalq siyasət üzrə türkiyəli ekspert İsmail Cingöz KONKRET.az-a açıqlamasında səsləndirib:

“Paşinyan Ermənistanın baş naziri kimi Azərbaycanla sülh əldə etməyə çalışır, lakin onun siyasi mövqeyi kifayət qədər güclü deyil. II Qarabağ Müharibəsindən sonra istefa versə də, növbəti seçkilərdə qalib gəlməyi bacardı. Bu, tarixdə ilk dəfə olaraq müharibəni uduzan baş nazirin yenidən hakimiyyətə gəlməsi kimi yadda qaldı. Buna baxmayaraq, Paşinyan zəif bir lider mövqeyindədir. Həm iqtisadi, həm də siyasi baxımdan zəifləyən Ermənistan artıq əvvəlki nüfuzunu itirib. Buna baxmayaraq Ermənistanın güclü diasporası mövcuddur. Onlar Ermənistanla Azərbaycanın sülhə imza atmasını istəmir. İran, Hindistan, Yunanıstan, Fransa, ABŞ kimi ölkələrdə bu diasporun təsiri hiss edilir. Eyni zamanda, Rusiyada və Avropada da erməni diasporu aktiv fəaliyyət göstərir. Xüsusilə. Fransadakı erməni diasporu digərlərindən daha güclü və fərqli xarakter daşıyır. Odur ki, Ermənistan rəsmi səviyyədə sülh istəyən mövqe sərgiləsə də, İran, Hindistan, Fransa və ABŞ-dan böyük məbləğlər qarşılığında silahlar almağa və silahlanmağa davam edir”.Türkiyəli politoloq qeyd edib ki, Ermənistan etibarlı tərəf kimi görünmür. Bir tərəfdən sülh istəyir, digər tərəfdən isə silahlanma siyasəti yürüdür:

“Bu, onların ikili siyasət apardıqlarını göstərir. Ermənistan çox yaxşı anlayır ki, Azərbaycan qarşısında bir daha uğur qazanmaq ehtimalı demək olar ki, yoxdur. Bu baxımdan Paşinyanın işi olduqca çətindir. Azərbaycan Ermənistanın konstitusiyasında dəyişiklik etməsini tələb edir. Bu isə Ermənistanla sülhə qarşı olan qüvvələrin bölgədə gərginlik yaratmaq cəhdlərini artırır. İran da bu sülh prosesinin baş tutmasını istəmir, çünki Ermənistan-Azərbaycan sülhü İranın maraqlarına ziddir. Yaxın zamanda tam sülhə nail olunması real görünmür. Ancaq Paşinyan daxilindəki çıxılmaz vəziyyətdən xilas ola bilsə, həm Ermənistan cəmiyyətini, həm də diasporanı razı salsa, o zaman sülhün əldə olunması mümkündür”.

Türkiyəli siyasi analitik, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay saytımıza açıqlamasında bildirib ki, 44 günlük müharibədən sonra imzalanan 10 noyabr atəşkəs razılaşmasının üzərindən 5 il keçməsinə baxmayaraq, hələ də sülh sazişi imzalanmayıb.

“Bu istiqamətdə əvvəlcə Türkiyənin irəli sürdüyü “altılı platforma” təklifi, daha sonra Türkiyə və Ermənistan arasında ikitərəfli danışıqlar, indi isə gündəmdə olan “3+3 formatı” müzakirə mövzusudur. Lakin təşəbbüslərdən nəticə əldə olunmadığı üçün burada atılmalı olan əsas addım, Azərbaycan, Türkiyə və Ermənistan arasında üçtərəfli sülh sazişinin bir an öncə imzalanmasıdır. Bu məsələdə Ermənistan davamlı olaraq sülhə hazır olduğunu bəyan etsə də, Azərbaycan qazandığı qələbəni daha möhkəm əsaslara söykəmək üçün bəzi vacib tələblər irəli sürür. Bu ideyalardan biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Azərbaycan bu məsələdə sürətli davranmalıdır. Əgər bu dəyişiklik baş verməsə, yeni şəraitdə Azərbaycan hərbi təhdidlərlə üz-üzə qala bilər. Bu səbəbdən də, Türkiyənin dəfələrlə vurğuladığı kimi, heç bir ön şərt olmadan Azərbaycan, Ermənistan və Türkiyə arasında üçtərəfli sülhün imzalanması, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılaraq münasibətləri normallaşdırması vacibdir. Bu, bütövlükdə Türk dövlətləri üçün də son dərəcə əhəmiyyətlidir. Ermənistan isə sülh məsələsində tələsir. Çünki bu ölkədə qarşıdan gələn seçkilər var. Bu seçkilərdə revanşist və terrorçu qrupların hakimiyyətə gəlmək ehtimalını nəzərə alaraq, Paşinyana dəstək vermək və sülhü bir an öncə təmin etmək zəruridir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri