Icma.az
close
up
RU
“Cənubi Qafqazda davamlı sülh üçtərəfli sülh sazişindən keçir” TÜRKİYƏLİ POLİTOLOQ

“Cənubi Qafqazda davamlı sülh üçtərəfli sülh sazişindən keçir” TÜRKİYƏLİ POLİTOLOQ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Türkiyə-Ermənistan münasibətləri iki istiqamətdə inkişaf edir. Birincisi, Türkiyənin Ermənistanı tanıması və Sovet İttifaqının dağılmasından sonra sərhəd-keçid məntəqələrinin açılmasıdır, ikincisi isə Ermənistan-Azərbaycan münasibətlərinə əsaslanır. Biz bu iki xətti birləşdirərək üçtərəfli sülh – Türkiyə-Ermənistan-Azərbaycan sülhünü – və Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını hədəfləyirik”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında türkiyəli politoloq Həsən Oktay Cənubi Qafqazdakı son siyasi inkişafları şərh edərkən deyib.

O bildirib ki, regionda davamlı sülh yalnız Türkiyə, Ermənistan və Azərbaycan arasında üçtərəfli sülh sazişi ilə təmin oluna bilər:

“Azərbaycan bir tərəfdən Ermənistanla danışıqlarda mövqeyini qoruyur, digər tərəfdən Türkiyənin Ermənistandakı normallaşma prosesini izləyir. Bəzən bu məsələdə fikir ayrılıqları yarana bilər. 1991-ci ildə Türkiyə sərhəd-keçid məntəqələrini açdıqdan sonra Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycanın 7 vilayətini işğal etmişdi. Bu səbəbdən Türkiyə keçid məntəqələrini bağlamaq məcburiyyətində qalmışdı. Lakin Azərbaycan işğal olunmuş vilayətlərini azad etdikdən sonra bu məcburiyyət aradan qalxdı”.

Politoloq qeyd edib ki, Türkiyə sərhəd-keçid məntəqələrinin açılmasına çalışır:

“Bununla belə Türkiyə Azərbaycanın bölgədəki maraqlarını da nəzərə alır. Biz regionda üçtərəfli sülhün bərqərar olması üçün ilkin şərtsiz sülh sazişinin imzalanmasını vacib hesab edirik. 10 noyabr 2020-ci il atəşkəsindən sonra Türkiyə xüsusi nümayəndələri Serdar Kılıç və Rubin Rubenyan vasitəsilə Ermənistanda altı görüş keçirib. Bunlardan biri Moskvada, üçü Vyanada, beşincisi İğdırda, altıncısı isə İrəvanda baş tutub. İrəvanda Ağrı dağın pasportlardan çıxarılması xoşməramlı jest kimi qiymətləndirilib.

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Tramp-Əliyev-Paşinyan görüşü üçtərəfli sülh səylərinə müəyyən mənada kölgə saldı. ABŞ-ın Zəngəzur dəhlizini açmaq təşəbbüsünə Türkiyə soyuq reaksiya göstərdi, Rusiya və İran isə bunu tənqid etdi. Bu fonla Türkiyə Ermənistanla danışıqları daha da irəli aparır və Ermənistan keçmişdə Türkiyəyə qarşı çıxan praktiklardan əl çəkməyə başlayıb”.

O, vurğulayıb ki, Azərbaycan isə Türkiyənin səylərini dəstəkləyərək, üçtərəfli sülh sazişinin dərhal imzalanmasını təmin etməlidir.

“ABŞ təşəbbüsü ilə Cənubi Qafqazda yaradılacaq yeni status Rusiya və İranın maneələri ilə üzləşə bilər. Regionda davamlı sülh üçün Ermənistan, Azərbaycan və Türkiyənin birgə hərəkət etməsi vacibdir”-deyə Həsən Oktay əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Sentyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri