Icma.az
close
up
RU
Türkiyəli ekspert: Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq

Türkiyəli ekspert: Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan ordusunun NATO səviyyəsinə qədər yüksəlməsindən qürur duyuruq.

Bakıvaxtı.az xəbər verir ki, bunu  Report-a açıqlamasında Yedditəpə Universitetinin professoru, hüquq, hərbi və təhlükəsizlik siyasəti üzrə mütəxəssis Mesut Hakkı Çaşın bildirib.

Ekspert bildirib ki, Azərbaycan Ordusu torpaqlarını 44 günə 30 illik işğaldan azad etməklə dünyada görünməmiş ilkə imza atıb: “Yenilənən, müasir silahlarla təmin olunan Azərbaycan Ordusu erməni mifini darmadağın edib. Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal etdiyi torpaqlarını qanı və canı ilə geri alması beynəlxalq hüquq baxımından da qanuni haqqıdır.

Bir ordunun 30 il işğal altında qalan torpaqlarını 44 gün içərisində geri qaytarması dünya tarixində görünməmiş olaydır və bu faktor Azərbaycan Ordusunun necə güclü olduğunu ortaya qoydu. Amma ən önəmlisi bir dövlətin öz torpaqlarını yeni model ordusunu qurmaqla geri qaytarması oldu. Ordu qazandığı zəfərlə erməni xülyalarını məhv elədi. Bunları öz kitabımda da yazmışam”.

M.Çaşın deyib ki, Türkiyə ilə Azərbaycan arasında olan strateji müttəfiqlik, hərbi müdafiə müqavilələri bütün maneələri aşmaq əzmindədir: “Təəssüf ki, Hindistan da, Rusiya və Fransadan sonra Ermənistana silah tədarük etməyə başladı. Amma dünyanın hansı gücü gəlirsə-gəlsin Türkiyə və Azərbaycan geri çəkilməyəcək, qorxmayacaq. Regionda Türkiyə, Pakistan və Azərbaycanın nümunəvi ittifaqlarının sülh və sabitliyin təminatı olduğuna və bunun daha da güclənəcəyinə inanıram”.

Professor Azərbaycanın hərtərəfli güclənməsinin Qafqazda, xüsusilə Ermənistan və Gürcüstana da çox müsbət təsirləri olacağını vurğulayıb: “İki önəmli amil var: Bunlardan birincisi Azərbaycanın suverenliyinin təhlükəsizliyi, ikincisi də onun Qafqazda nə qədər güvənli olduğudur. Azərbaycan-Türkiyə-Gürcüstan işbirliyi Qafqaz, Avropa İttifaqı və NATO güvənliyi baxımından çox mühümdür. Azərbaycan bu günə qədər apardığı balanslı siyasətlə dövlətlər arasında müasir, suveren bir dövlət olduğunu təmin etdi. Qafqazda tarixin yenidən yazılmasında əsas rol oynayan Azərbaycanın bayrağı daim müzəffər olsun”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 İyun 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri