Türkiyəli ekspert: Fransa 1915 ci il hadisələri mövzusu ətrafında fəal şəkildə manipulyasiya edir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ankara, 6 fevral, AZƏRTAC
Fransa Osmanlı imperiyasında 1915-ci il hadisələri mövzusu ətrafında fəal şəkildə manipulyasiya edir, öz siyasi məqsədləri üçün antitürk isteriyasını qızışdırır. Eyni zamanda, Paris Osmanlı dövlətinin son illərində baş verənləri “geosiyasi intriqaların nəticəsi” adlandıran rəsmi İrəvanın və şəxsən Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinə məhəl qoymur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Hazel Çağan Elbir bölüşüb.
Onun fikrincə, rəsmi Parisin 1915-ci il hadisələri ilə bağlı mövqeyi əllərində çoxlu türk diplomatlarının qanı olan Daşnaksutyun və erməni terrorçularının kursu ilə üst-üstə düşür.
Ekspert diqqəti sosial şəbəkələrdə ermənilərin qondarma “soyqırımını” tanıyan Fransada qəbul olunmuş 29 yanvar 2001-ci il tarixli qalmaqallı qanunun qəbul edilməsinin 24-cü ildönümü ilə bağlı erməni dilində paylaşım edən Fransanın İrəvandakı səfiri Olivye Dekotinnin hərəkətlərinə yönəldib.
Türkiyəli ekspert deyib: “Parisdə vicdan əzabı çəkmədən ermənilərin özündən böyük erməni olmağa çalışırlar. Fransanın bu münasibəti ancaq təəssüf hissi doğurur”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 06 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















