UDM də CÜZİ ARTIM, İNVESTİSİYALARDA CİDDİ GERİLƏMƏ Ötən ilin göstəriciləri açıqlandı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
2025-ci ildə Azərbayanda 129.1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1.4 faiz çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Qeyd olunur ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1.6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2.7 faiz artıb.
Fərdi sahibkarlar 2025-ci ildə 63.1 milyard manatlıq və ya 2024-cü illə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal ediblər.
Qeyd edək ki, hökumətin proqnozlarına görə, 2025-ci ildə 3.5% iqtisadi artım gözlənildiyi halda, bu proqnoz dəyişdirilərək avqust ayında 3%-ə endirilmişdi.
2025-ci il üzrə Azərbaycan üçün real ÜDM artımı beynəlxalq qurumlar tərəfindən əsasən 2.0–3.4% aralığında qiymətləndirilirdi. “Fitch Solutions” artımı 2.6%, “Moody’s” və “ING Group” 2.5%, “S&P Global” isə təxminən 2% səviyyəsində görür. “Bloomberg” konsensusuna görə artım 2.7% olacağını bildirirdi. Daha optimist proqnozlar verən “Fitch Ratings” 3.0–3.5%, EBRD isə təxminən 3.0% artım gözləyirdilər. Asian “Development Bank” 2025 üçün 3.4% iqtisadi artım proqnozlaşdırırdı.
Müstəqil iqtisadçılar Azərbaycan iqtisadiyyatındakı bu vəziyyəti ölkənin neft hasilatının azalması və "qara qızıl"ın 2024-cü illə müqayisədə ucuzlaşması ilə izah edirlər. Rəsmi rəqəmlərə görə, ölkə ixracının təqribən 85 faizi neft və qazın payına düşür.
ÜDM istehsalının 33 faizi sənaye, 11.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.5 faizi tikinti, 5.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.1 faizi informasiya və rabitə sahələrinin, 21.7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 12 min 602.2 manata (7 min 413 ABŞ dolları) bərabər olub.

Müstəqil iqtisadçılar hesab edir ki, hökumət 2014-cü ildə dünyada neftin ucuzlaşmasından sonra iqtisadiyyatın şaxələndirməsini qarşısına məqsəd qoyduğunu açıqlasa da, bunu gerçəkləşdirə bilməyib.
Üstəlik, Azərbaycanda ötən il əsas kapitala yönəldilən investisiya 2024-cü illə müqayisədə 5.6 faiz azalıb. DSK vurğulayır ki, 2025-ci ildə əsas kapitala 21 milyard 226.1 milyon manat investisiya yatırılıb. Neft-qaz sektoruna qoyulan investisiyaların həcmi 10.3 faiz, qeyri neft-qaz sektoruna isə 3.9 faiz azalıb.
İqtisadçıların qənaətinə görə, Azərbaycanda investisiya mühiti əlverişli deyil. Onların fikrincə, ölkədə həm ciddi rəqabət mühiti yoxdur, həm iqtisadi azadlıqlar yetərincə təmin edilməyib və həm də məhkəmələr müstəqil deyil.
Rəsmilər isə bunun əksini açıqlayırlar. Onlar vurğulayırlar ki, ölkədə investisiyalara təhlükə yoxdur, sabitlik hökm sürür.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 19 Yanvar 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















