Icma.az
close
up
RU
Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 3 iyun, AZƏRTAC

Azərbaycanın regiondakı siyasi, iqtisadi və hərbi çəkisi, Türkiyənin Cənubi Qafqazdakı nüfuzu ilə birgə Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Ankara və Bakının maraqları nəzərə alınmaqla, bu hədəfə növbəti beş il ərzində nail olunacağı gözlənilir.

Bu fikri Türkiyə Strateji və Siyasi Araşdırmalar Fondunun (TÜRPAV) rəhbəri Sinan Demirtürk AZƏRTAC-a müsahibədə bildirib.

Onun sözlərinə görə, marşrutun açılma müddəti həmçinin Ermənistan ilə ABŞ arasında TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) layihəsi çərçivəsində razılaşmaların həyata keçirilməsi üzrə konkret addımlardan asılıdır.

Ekspert Ankara və Bakının İrəvanla dialoqundakı mütərəqqi irəliləyişlərə diqqət çəkib.

O xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb və Bakının regionda münasibətlərin normallaşdırılması üzrə təşəbbüslərini dəstəkləyib. “Türkiyə və Azərbaycan hazırda Ermənistanla təmaslarında addımlarını sıx əlaqələndirir”, - deyə TÜRPAV rəhbəri iki qardaş ölkənin İrəvanla dialoqda müsbət gündəmin formalaşdırılması üzrə atdığı addımları da xatırladıb.

S.Demirtürk belə bir fikir irəli sürüb ki, İrəvan qonşu ölkələrə qarşı ərazi iddialarından qəti şəkildə imtina etməsə, o cümlədən Ermənistan Konstitusiyasının preambulasında dəyişiklik edilməsə Azərbaycanla sülh sazişinin imzalanması mümkün deyil.

O vurğulayıb ki, Ermənistan cəmiyyətinin radikalizm, revanşizm və separatizm ideyalarından mümkün qədər uzaqlaşdırılması bütün regionun maraqlarına cavab verir: “Ermənistanın demokratik islahatlara və açıq sərhədlərə malik, Türkiyə və Azərbaycanın ədalətli tələblərinin nəzərə alındığı bir ölkəyə çevrilməsi regional proseslərdə müsbət rol oynaya bilər”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Анкара

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2026 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri