Türkiyəli gənc futbolçu öldürüldü, müğənni saxlanıldı
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İstanbulun Ümraniye rayonunda silahlı hücum baş verib.
“Qafqazinfo” xəbər verir ki, hücum zamanı “Kars36 Spor” klubunun futbolçusu 21 yaşlı Kubilay Kaan Kundakçı öldürülüb.
İddiaya görə, hadisə 19 mart gecəsi baş verib. Reper Vahap Canbay ilə müğənni Aleyna Kalaycıoğlu arasındakı münasibətləri düzəltmək istəyən Kundakçı tərəfləri bir araya gətirmək üçün vasitəçi rolunu oynayıb.
Lakin onlar studiyanın qarşısında gözləyərkən hadisə yerinə gələn şübhəlilər onlara atəş açıb.
Atəş nəticəsində ağır yaralanan gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Cinayətin Rapçi Canbayın keçmiş sevgilisi olan Aleyna Kalaycıoğlunun yeni sevgilisi tərəfindən törədildiyi deyilir.
Qeyd edilib ki, Kalaycıoğlu polis tərəfindən saxlanılıb.
Baxış sayı:166
Bu xəbər 20 Mart 2026 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















