Icma.az
close
up
RU
Türkiyəli iş adamına 10 il həbs verildi 9 milyonluq mənimsəmə

Türkiyəli iş adamına 10 il həbs verildi 9 milyonluq mənimsəmə

Yenigundem portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Baş ofisi Fransada yerləşən “Thales İnternational Western Counties B.V.” transmilli korporasiyasının Azərbaycandakı nümayəndəliyinin direktoru Mehmet Şahan xüsusilə külli  miqdarda yeyintidə təqsirli bilinib.

Türkiyəli iş adamının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Belə ki, M.Şahan 8 milyon 860 min manat mənimsəmədə ittiham edilib.

İstintaq materiallarında qeyd olunub ki, M.Şahan 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd, eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəyib.

7 il “Thales”in Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən M.Şahan 2022-ci ilin fevralında həbs olunub. İş adamı ifadəsində deyib ki, uzun müddət Fransada yaşayıb, fransızcanı mükəmməl bildiyi üçün Azərbaycana şirkət nümayəndəsi göndərilib. O, ittihamlara münasibətdə özünü təqsirli bilməyib.

Buna baxmayaraq, məhkəmə istintaqı ilə M.Şahana verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Hökmə əsasən, o, xüsusilə külli miqdarda mənimsəmə cinayəti törətməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M.Şahan haqqında Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə çoxsaylı müraciətlər edilib. İddia edilirdi ki, şirkətin çalışanlarının əməkhaqları və dövlətin vergi ödənişləri ödənilməyib, nümayəndəliyə məxsus aylıq pul vəsaitləri onun tərəfindən mənimsənilib./Qafqazinfo

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 10 Dekabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri