Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
2023-dən bu yana ''Mançester Yunayted''in şərəfini qoruyan Altay Bayındır ilə bağlı yeni transfer xəbəri var.
Türkiyə yığmasının üzvünün bu yay vətənə qayıdacağı ilə bağlı iddialar təsdiqini tapmayıb. Ona ''Beşiktaş'' və ''Trabzonspor'' maraq göstərirdi. Amma ''Beşiktaş'' Aleksander Nübel və Doğan Aləmdar kimi qapıçıları transfer etdisə, ''Trabzonspor'' Andre Onananı daha birilliyə icarəyə götürdü. Altayın ''Yunayted''də qalmasının da artıq bir mənası yoxdu. Onsuz da klubda əsas qapıçı belçikalı Senne Lammensdi. Altaydan başqa 40 yaşlı Tom Hiton da heyətdədi. Bu azmış kimi manikunianlar bu yaxınlarda ''Lids''dən Karl Darlounu da transfer ediblər.
Hazırda heyətdə 4 qapıçı var. Bu üzdən 28 yaşlı Altay özünə yeni klub axtarır. İspaniya mətbuatının yazdığına inansaq, ''Selta'' Bayındırın birillik icarəsi ilə bağlı həm ''Yunayted'', həm də qapıçının özü ilə anlaşma əldə edib.
Qalisiyada işıq üzü görən ''Metropolitano'' nəşrinin məlumatına görə bütün detallar tamamlandıqdan sonra Bayındır tibbi müayinədən keçmək üçün ən qısa müddətdə Viqoya yollanacaq. La Liqa təmsilçisini avqustun 5-də ''Sassuolo'', avqustun 8-də ''Napoli'' ilə yoxlama oyunları gözləyir.
Klub rəhbərliyi Altayın bu matçlarda forma geyə bilməsi üçün əlindən gələni edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 Avqust 2026 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















