Icma.az
close
up
RU
Türkiyəli rektor AHİK akademiyasında

Türkiyəli rektor AHİK akademiyasında

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Türkiyənin Koç Universitetinin rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə AHİK sədri Sahib Məmmədov, Koç Universitetinin rektoru Metin Sitti, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Yusif Ağayev və professor-müəllim heyəti iştirak ediblər.

Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti üçün yaradılmış əlverişli şəraiti diqqətə çatdırıb, dövlət başçısı İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb. O bildirib ki, ölkəmizdə sosial tərəfdaşlıq münasibətləri inkişaf etdirilərək əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu daha da gücləndirilir.

Rektor Metin Sitti görüşdən məmnunluğunu ifadə edib, Əmək və Sosial Münasibətlər Akademiyası ilə təhsil və elmi-tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərindən danışıb. Rektor vəzifəsini icra edən Yusif Ağayev ali təhsil ocağının fəaliyyətindən, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan bəhs edib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə Koç Universiteti qarşılıqlı faydalı münasibətlərin yaradılmasının önəmini vurğulayıb.

Görüşdə Əmək və Sosial Münasibətlər Akademiyası və Koç Universiteti arasında Əməkdaşlıq Memorandumunun imzalanması barədə razılıq əldə olunub.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 May 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri