Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
2025-ci ilin yekunda Azərbaycanda 8 215 elektrik mühərrikli nəqliyyat vasitəsi olub.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yekunu ilə müqayisədə 38,3 % çoxdur.
Elektromobillərin sayında 2022-ci ilin yekununa nisbətən isə 14,4 dəfə artım olub.
Ötən il hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı əvvəlki illə müqayisədə 29,9 % artaraq 73 581-ə çatıb. 3 il əvvələ nisbətən isə artım 2,4 dəfə olub.
Son 1 ildə plaq-in hibrid mühərrikli nəqliyyat vasitəsinin sayı isə 6,1 dəfə artaraq 59 772-ə yüksəlib.
2025-ci ilin yekununda elektrik mühərrikli avtobusların sayı isə 2024-cü ilin yekunu ilə müqayisədə 84,2 % artaraq 350-yə çatıb. 3 il əvvəllə müqayisədə isə artım 50 dəfə olub.
Bu gün – 26 noyabr Ümumdünya Dayanıqlı Nəqliyyat Günüdür.
Baxış sayı:98
Bu xəbər 26 Noyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















