Icma.az
close
up
RU
Türkiyəni qarışdıran qüvvə azərbaycanlıları hədəf aldı: Tarixi torpaqlarımıza yeni İDDİA

Türkiyəni qarışdıran qüvvə azərbaycanlıları hədəf aldı: Tarixi torpaqlarımıza yeni İDDİA

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda etiraz aksiyalarının davam etdiyi bir dönəmdə, region üçün mühüm məsələlərdən biri də kürdlər üzərindən gedən proseslərdir. Etirazlardan istifadə edən İran kürdləri həm siyasi, həm sosial, həm də hərbi baxımdan aktivləşiblər. Məsələn, bir müddət öncə İran hökumətinə müxalif olan 7 kürd təşkilatı birgə bəyanat yayaraq ölkədə keçirilən etiraz aksiyalarına dəstək verdiklərini açıqlayıblar. Bəyanatda xüsusilə İlam, Kirmanşah və Loristan əyalətlərində repressiyaların şiddətinə, etirazçılara qarşı atəş açılmasına diqqət çəkilib və bu hallar sərt şəkildə pislənilib.

Bu təşkilatlar həmçinin yanvarın 8-də Kürdüstan əyaləti və kürdlərin yaşadığı digər bölgələrdə ümumi tətil aksiyasına çağırış ediblər. İran kürdləri sayca türklər və farslar qədər çox olmasalar da, resurs, təşkilatlanma və xarici dəstək baxımından daha əlverişli mövqedədirlər.

Təəssüf ki, kürd məsələsi region ölkələrinin, xüsusilə Türkiyə və İranın yanlış strategiyaları ilə qarşısı alınmaz bir proses kimi formalaşıb. Hazırda regionda suveren, legitim bir kürd dövləti mövcud olmasa da, İraqın şimalında və Suriyanın şimal-şərqində kürdlər de-fakto dövlət strukturları qura biliblər. İran isə hələ ilkin mərhələdədir, amma orada da oxşar strukturlaşma prosesləri gedir.

Türkiyədə vəziyyət fərqlidir. Əvvəlki yazılarımda qeyd etdiyim kimi, PKK silahı yerə qoysa da, kürdlər Türkiyənin siyasi, elmi, sosial, hətta şou-biznes sahələrində aktivdirlər. Bu isə onların yalnız hərbi gücə deyil, həm də strateji sosial təsirə malik olduqlarını göstərir.

Kürd məsələsinə kənar dəstək

Burada bir digər vacib məsələ də xarici təsirdir. ABŞ, xüsusilə İsrail regionda kürd dövlətinin yaranmasına açıq maraq göstərir. Təl-Əviv üçün bu, sadəcə nəzəri fikir deyil, regional və qlobal təhlükəsizliyin mühüm aspektidir. İsrail özünü sayca az, ərazi baxımından dar və düşmən mühitində yerləşən dövlət kimi görür. Ona görə də ətrafında özünə düşmən olmayan, hətta dolayısı ilə strateji dərinlik yaradan aktorların mövcudluğu həyati əhəmiyyət daşıyır. Kürd dövləti ideyası İsrail üçün həm İranın qərb cinahında təzyiq nöqtəsi, həm də ərəb milliçiliyinin zəiflədilməsi vasitəsi kimi önəmlidir.

Eyni məntiq İsrailin Güney Azərbaycan strategiyası üçündə keçərlidir. Güney Azərbaycanda gələcəkdə müstəqil və ya muxtariyyətə malik bir qurumun olması İsrail üçün strateji əhəmiyyət daşıyır. Lakin Təl-Əviv bu iki strukturun özünə qarşı çevrilmə ehtimalını nəzərə alaraq da tədbirlər görür. Məsələn, müstəqil kürd dövlətinin Türkiyə, İran və ərəb dünyası ilə qarşıdurmalar yaşama ehtimalları, ya da kürdlərin indidən Güney Azərbaycana ərazi iddiaları irəli sürməsi ilkin münaqişə toxumlarıdır.

Subyektiv fikrim odur ki, regionda kürd dövlətinin yaranması qarşısı alınmaz bir prosesdir. Lakin bu proses məhdudlaşdırıla və idarə oluna bilər. Yəni onun İran və Türkiyənin ərazi bütövlüyünə zərər verməsinin qarşısının müəyyən qədər alınması mümkündür. Hər nə qədər Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi bizim üçün arzu edilən bir məsələ olsa da, İrandan Kürdüstanın qopması qəbul edilən deyil. Əksinə, bu, daha dərin və uzun illər boyu davam edə biləcək bir münaqişənin başlanğıcı ola bilər.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri