Icma.az
close
up
RU
Türkiyəni qarışdıran SSRİ təklifi: 70 illik mübahisə Bakıya yönəldi İrəvandan yeni tələb

Türkiyəni qarışdıran SSRİ təklifi: 70 illik mübahisə Bakıya yönəldi İrəvandan yeni tələb

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqton görüşü və Azərbaycan-Ermənistan razılaşması barədə danışaraq sülh sazişini alqışlayıb. Bununla yanaşı, Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib. Həmçinin məsələ Türkiyə hökumətinin iclasında da müzakirə edilib.

Göründüyü kimi, ABŞ-da imzalanan üçtərəfli bəyannamə və əldə olunan razılaşmalar Türkiyə KİV və ictimaiyyətində birmənalı qarşılanmasa da, rəsmi Ankara müxtəlif səviyyələrdə Bakıya dəstəyini ifadə edib. Lakin ictimai müzakirələrdə ABŞ-ın Zəngəzur dəhlizinə 99 il müddətinə nəzarət edəcəyi iddiaları narahatlıq doğurur.

Türkiyə liderinin məlum çıxışı qardaş ölkənin KİV və ictimaiyyətində məsələ ilə bağlı səsləndirilən mənfi fikirlərin qarşısını alacaqmı?

Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Türkiyənin NATO-ya üzv olmasından bu yana ölkədə anti-amerikanizm meyli var:

Həmçinin oxuyun:

Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan PLAN

“Bu, islamçılardan tutmuş millətçilərə və “kamalistlər”ə qədər müxtəlif siyasi dairələrdə müşahidə olunur. Ötən əsrdə hətta Türkiyənin SSRİ-yə daxil qoşularaq “16-cı respublika” olması təklifi belə səsləndirilib. Bu ölkədə ictimaiyyətin bir hissəsi Zəngəzur dəhlizinin ABŞ-a verildiyini düşünür, lakin rəsmi Ankara hər zaman Bakının yanında olub. Bununla belə, Türkiyə üçün də açıq qalan məsələlər var. Ankara Bakı ilə paralel olaraq, Ermənistandan təkcə referendum və konstitusiya dəyişikliklərini deyil, gerbindəki Ağrı dağı simvolunun çıxarılmasını da tələb etməlidir. Dünyada başqa ölkənin ərazisini öz gerbində göstərən yeganə dövlət Ermənistandır və bu, dəyişməyənədək Ankara-İrəvan münasibətlərinin normallaşması mümkün olmamalıdır”.


Əhəd Məmmədli

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin fəaliyyəti məsələsi Ermənistan və ABŞ şirkəti arasında müzakirə edilməlidir, Azərbaycan sadəcə buna razılıq verib:

“Üçtərəfli bəyannamədə əsas məqam Ermənistanın 29 min kvadrat kilometr ərazisinin tanınmasıdır ki, bu da baş nazir Nikol Paşinyanın əsas məqsədi idi. Ona görə nə matəm elan etməyə, nə də bayram etməyə tələsmək lazımdır, Zəngəzurla bağlı bütün detallar açıqlandıqdan sonra dəqiq mövqe bildirmək daha doğru olar. Eyni zamanda, Türkiyə cəmiyyəti də yalnız bundan sonra prosesin mahiyyətini düzgün dəyərləndirməlidir. İctimai rəy həm müsbət, həm də mənfi baxışları nəzərə alaraq yekun mövqeyini formalaşdırmalıdır. Qəbul olunacaq qərar istər dəstək, istərsə də etiraz şəklində olsun, ölkənin regional siyasətində istiqamətverici rol oynamalıdır”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri