Alparslan Kuytul və xanımı saxlanıldı FOTOLAR
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyədə Adana Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları səhər saatlarında Furkan Vəqfində əməliyyat keçiriblər.
Gununsesi.info oxu.az-a istinadən bildirir ki, Furkan Vəqfinin təsisçisi Alparslan Kuytulun evinin qarşısına çox sayda polis qrupları cəlb edilib və evdə axtarış aparılıb.
Nəticədə Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul, eləcə də vəqfin çox sayda üzvü saxlanılıb.
Saxlanılanlar ciddi təhlükəsizlik tədbirləri altında sağlamlıq yoxlanışı üçün Adana Məhkəmə Tibbi Qurumuna, oradan da polis bölməsinə aparılıblar.
Qeyd edək ki, Furkan Vəqfi Alparslan Kuytulun rəhbərliyi ilə Adanada yaradılmış diniyönümlü təşkilatdır. Qurani-Kərimə uyğun təhsil vermək, nəsil yetişdirmək və İslam mədəniyyəti qurmaq iddiası ilə fəaliyyət göstərən vəqf idarəetmə forması və ritorikası səbəbindən tez-tez hüquqi proseslərlə üzləşib və ictimai müzakirələrə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 21 Avqust 2026 04:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















