Icma.az
close
up
RU
Türkiyəni turistlər üçün cəlbedici edən SƏBƏBLƏR

Türkiyəni turistlər üçün cəlbedici edən SƏBƏBLƏR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Dünya turizmi haqqında danışanda ilk ağıla məhz Türkiyə gəlir. Bu gün Türkiyənin dünya turizminin mərkəzinə çevrilməsi heç kimə sirr deyil. 

Modern.az xəbər verir ki, qardaş ölkədə turizm xidməti də çox yüksək səviyyədədir və bir çox ölkələr Türkiyənin təcrübəsindən öyrənməkdə maraqlıdırlar.

İlin fəsillərindən asılı olmayaraq, Türkiyənin hər hansı bir bölgəsinə üz tutan qonaq orada mütləq yeni bir təbiət möcüzəsi ilə qarşılaşır. Sanki Tanrı Türkiyəni bir cənnət olaraq Yer üzünə bəxş edib.

Cəlbedicilik

Bəs görəsən qardaş ölkəni dünya turistləri, elə biz azərbaycanlılar üçün də maraqlı, cəlbedici edən nədir?

Bu suala cavab vermək üçün Türkiyənin əsrarəngiz təbiətini, zəngin tarixini, təbii gözəlliklərini, çeşidli mətbəxini öyrənmək lazım gəlir. 

Türkiyənin memarlıq abidələri, təbii gözəllikləri və tarixi qalıqları kifayət qədər diqqətçəkici olması ilə yanaşı, həmçinin təbii mənzərələri ilə də könül oxşayır. Yamyaşıl otların arasında Sümela Monastırından Pamukkaleyə qədər Türkiyənin hər yerindən möhtəşəm mənzərələr diqqət çəkir. 

İstanbul deyiləndə ağıla ilk gələn – “Kız Kulesi”


İstanbul boğazının Üsküdar sularında kiçik bir ada üzərində olan Qız Qülləsi qalası Bizans dövrünə aiddir. İstanbulun ən məşhur simvollarından biri olan bu qaladan tarixi yarımadanın möhtəşəm silueti ilə birlikdə günün batmasını izləməkdən doya bilməyəcəksiniz. Şəhərin bütün stresini alan mənzərəni uzaqdan seyr etməklə doymayanlar Salacakdan gəmiyə minib qülləni ziyarət edə bilərlər. Bir sözlə, əgər İstanbula yolunuz düşsə, burda günün batmasını seyr etməkdən zövq alamağa çalışın. 

Yamyaşıl təbiətin qucağında yüksələn Sümela Monastırı! – Trabzon

Tarixi 386-cı illərə təsadüf edən Sümela Monastırı Trabzon Maçka mahalındakı Altındərə Vadisinə baxan dik qayalıqların üzərində inşa edilib. Hazırda bir çox filmlərin mövzusu olan Sumela Monastırı yerli və xarici turistlərin tez-tez səyahət etdiyi yerdir. 

Qar kimi ağappaq təbii məkan – Pamukkale Travertenləri (Dənizli)

Tarixi 14 min il əvvələ təsadüf edən Pamukkale travertinləri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Günün istənilən vaxtında Günəşin istisindən asılı olaraq rəngini dəyişib frəqli mənzərələr alan Pamukkaledə travertinlərə daxil olmaq mümkündür. Burada xüsusi diqqət edəcəyiniz ayaqqabınızı çıxarmaqdır. Bir də Dənizliyə gedərkən əvəzolunmaz mənzərələri çəkmək üçün fotoaparatınızı götürməyi unutmayın. 


Mardin evləri (Mardin)

Mardin evlərinin mənzərəsi Messopotamiya düzənliyinin sükunəti ilə bölgənin min illik tarixini bir arada təqdim edir. Bu evlərin ən böyük özəlliyi, asanlıqla müxtəlif formaya salına bilən sarı əhəng daşlarından hazırlanmasıdır. Biri-birinə bağlı küçələri olan evlərin qapı, pəncərə və asma qatlarından başqa taxtadan istifadə olunmamışdır. Mardin evlərini görməyə dəyər.


Uçhisar Kalesi (Nevşehir)

Qayaların oyma-işləmə prosesi min ildən artıq bir dövrü əhatə edir.
Kapadokya – oxşarı olmayan və xüsusi atmosferi ilə ziyarətçilərində bambaşqa bir dünyaya gəldiyi düşüncəsini yaradan misilsiz məkandır. Uçhisar qalası Kapadokyanın ən uzaq məsafəsində yerləşir. Buranın böyük özəlliyi məkanın ən yüksək zirvəsi olmaqla yanaşı, strateji baxımdan da əhəmiyyətli olmasıdır. Kapadokya turlarına qatılıb Həsən və Erciyes dağlarının gözəlliyindən zövq alaraq bu bölgənin tarixi havası ilə nəfəs almaq mümkündür. 

Hündürlüyü 2150 metrə çatan Nemrut dağı


Yolunuz Adıyamandan düşsə, günün batmasını izləmək üçün Nemrut dağına dırmansanız xüsusi keyf alacaqsınız.

Adıyamanın Kahta mahalındakı dağın hündürlüyü təxminən 2150 metrə çatır. Nemrut dağı ətəklərinə tikilmiş imperiyanın padşahı I Antioch bu dağın zirvəsində bir birindən gözəl abidələr və heykəllər tikdirib. Şərq, qərb və şimal istiqamətlərinə yayılan bu qalıqların Hellenistik dövrünə aid olduğu bildirilir. Görənləri heyran edən mənzərəyə sahib Nemrut dağı UNESCO-nun Dünya İrs Siyahısında yer alıb.

Kemerin mavi çimərlikləri ilə tanınan bayram şəhəri – Tekirova (Antalya)

Məşhur çimərliklərin ən populyarı da Olimposdur. Olimposun və ətrafındakı digər kəndlərin nadir gözəllikləri də dillərə dastandır. Ancaq Antalyada bundan daha çox şey var! Məsələn, Aralıq dənizini seyr edən və üçbucağa oxşar forması ilə diqqət çəkən Tahtalı Dağı, Tekirova  görənləri heyran edir.

Gözəlliyi ilə göz oxşayan Kızkalesi (Mersin)

Bizanslılar tərəfindən inşa edilən bu qala Mersin Erdemli mahalında özünə aid olan bir adanı tutur. Çimərlikdən sadəcə 300 metr məsafədə yerləşən əsrarəngiz qala onu görənləri heyran edir.

Antalya, Dalaman, Uludağ, Rize, Konya, Mardin, Pamukkale, Nemrut dağı, Kapadokya, Efes, Berqama, Diyarbakır, Sinop, Afrodisyas və s. gözəl məkanları ilə diqqət çəkir.

Doğrudan da atalar düz deyir: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.

Bir sözlə, Türkiyə möcüzələrlə, gözəlliklərlə zəngin ölkədir. Sadəcə bu gözəllikləri gəzmək və tarixə şahidlik etmək lazımdır.
 

Səadat Hakıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri