Icma.az
close
up
RU
Türkiyənin 2026 2028 ci illər üçün ortamüddətli iqtisadi proqramı elan edilib

Türkiyənin 2026 2028 ci illər üçün ortamüddətli iqtisadi proqramı elan edilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 8 sentyabr, AZƏRTAC

Türkiyə hökuməti 2026-28-ci illər üçün Ortamüddətli İqtisadi Proqramını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin yeni üçillik inkişaf proqramının təfərrüatları barədə ictimaiyyətə məlumat verib.

O, Ankarada Prezident Kompleksində çıxış edərək bildirib ki, Türkiyənin 12-ci Ortamüddətli İqtisadi Proqramında ÜDM-in 2026-cı ildə 3,8%, 2027-ci ildə 4,3%, 2028-ci ildə 5% artımı nəzərdə tutulub: “Cari ilə gəldikdə, hökumət iqtisadi artımı 3,5% səviyyəsində proqnozlaşdırır. 2025-ci ildə inflyasiya 28,5% olacaq, ixrac həcmi isə 273,8 milyard dollara çatacaq”, -deyə vitse-prezident bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə inflyasiyanın 16%-ə qədər azalacağı gözlənilir və yaxın iki ildə Türkiyə Nazirlər Kabineti istehlak qiymətləri indeksində birrəqəmli artım templərini (2027-ci ildə 9%, 2028-ci ildə 8%) gözləyir.

Siyasətçi qeyd edib ki, Türkiyədə inflyasiyanın azalması tendensiyası 2024-cü ilin iyun ayından etibarən davam edir.

“Yeni Ortamüddətli İqtisadi Proqrama əsasən, ölkədə işsizlik səviyyəsi 2026-cı ildə 8,4%, 2027-ci ildə 8,2%, 2028-ci ildə isə 7,8% olacaq”, -deyən Yılmaz qeyd edib ki, cari ildə bu rəqəm 8,5% olacaq.

Vitse-prezident Türkiyə iqtisadiyyatının lokomotivi kimi ölkənin ixrac artımı ilə bağlı proqnozlara xüsusi diqqət yetirib. O əlavə edib: “Hökumət 2026-cı ildə ixracı 282 milyard dollara, 2027-ci ildə 294 milyard dollara, Proqramın icrasının son ilinin sonuna isə 308,5 milyard dollara çatdırmağı planlaşdırır”. Yılmaz qeyd edib ki, 2025-ci ilin avqust ayının sonuna Türkiyə Mərkəzi Bankının ehtiyatları 17 milyard dollara çatacaq.

Yılmaz daha sonra bildirib ki, cari ilin sonuna qədər Türkiyə ÜDM-ə görə dünyada 16-cı, Avropada isə altıncı yerdə qərarlaşacaq və 2028-ci ilin sonuna qədər adambaşına düşən ÜDM 21 min dollara çatacaq.

Siyasətçi vurğulayıb ki, Türkiyə iqtisadiyyatı üzrə yeni Yol Xəritəsi ölkədə makroiqtisadi və maliyyə sabitliyinin möhkəmləndirilməsinə, maliyyə intizamının qorunmasına, qiymət sabitliyinin təmin edilməsinə yönəlib. Eyni zamanda, hökumətin prioriteti yaşıl texnologiyaların tətbiqi, iqtisadiyyatın rəqəmsal transformasiyası, biznes mühitinin yaxşılaşdırılması, kölgə iqtisadiyyatının azaldılması, milli valyutanın möhkəmlənməsidir.

Vitse-prezident “Terrorsuz Türkiyə” məqsədinə nail olunmasının əhəmiyyətinə də diqqət çəkib, “Bu məqsədə nail olunması ilə terrorla mübarizəyə ayrılan vəsait ölkənin inkişafına yönəldiləcək ki, bu da Türkiyənin tərəqqisinə daha bir təkan olacaq”, - deyə o əlavə edib. Yılmaz bildirib ki, beynəlxalq münasibətlərdəki gərginlik, o cümlədən Rusiya-Ukrayna müharibəsinin də ölkəyə təsiri də var.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan 2026-2028-ci illəri əhatə edən Ortamüddətli İqtisadi Proqramın mətni sentyabrın 8-də rəsmi hökumət qəzeti – “Resmi Gazete”də dərc olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri