Türkiyənin 3 universitetinin müəllimləri Bakıda da dərs deyəcək
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Axar.az xəbər verir ki, bu barədə TAU Mətbuat xidməti məlumat yayıb.
TAU-nun rektoru Nəcibə Nəsibova tədbirin açılışındakı nitqində universitetin imkanları haqda danışıb və bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü ilə yaradılmış universitet Azərbaycan gənclərinə geniş imkanlar açır:
"Gənclərimiz ölkə xaricinə getmədən, öz Vətənimizdə Türkiyənin Orta Doğu Texnik Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universiteti kimi nüfuzlu ali məktəblərinin professor-müəllim heyətindən dərs almaq imkanı əldə edirlər.
Onların modern elmi mühitdə yetişməsi üçün bütün yollar açıqdır. Bu, gənclərimiz üçün dəyərli bir fürsətdir və onların yüksəkixtisaslı mühəndislər kimi yetişməsi üzərimizə böyük məsuliyyət qoyur”.
Nəcibə Nəsibova TAU-nun perspektivlərinə toxunaraq qeyd edib ki, universitet bu gün yalnız kadrlar və mühəndislər hazırlayan bir təhsil müəssisəsi kimi görünə bilər, lakin zaman keçdikcə Azərbaycan və Türkiyənin elm, innovasiya və texnologiya sahələrindəki əməkdaşlığını daha da dərinləşdirən mühüm bir mərkəzə çevriləcək.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan da tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Türkiyə-Azərbaycan Universiteti iki ölkə arasındakı əlaqələrin ən pik nöqtəsidir və gələcək onilliklərin ortaq layihəsidir:
“TAU-nun çətiri altında Türkiyənin və Azərbaycanın akademik təcrübəsinin birləşməsi son dərəcə əhəmiyyətlidir. Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti kimi Türkiyənin köklü ali təhsil müəssisələrinin bilik və təcrübəsinin Azərbaycanın güclü akademik infrastrukturu ilə qovuşması bizə yalnız keyfiyyətli təhsil modeli deyil, eyni zamanda, ortaq bilik istehsal etmək qabiliyyəti qazandırır”.
Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Sentyabr 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















