Icma.az
close
up
RU
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb

Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara, 7 may, AZƏRTAC

Mayın 6-da Ankarada Hacı Bayram Vəli Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Hacı Bayram Vəli Universitetinin Türkologiyanın Tətbiqi və Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Əsrləri aşan Nizami Gəncəvi hikməti” mövzusunda tədbir keçirilib.

Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə universitetinin müəllim və tələbələrinə müraciət edərək Nizami Gəncəvini “dünya irsinin sərvəti”, Azərbaycanın dahi oğlunun əsərlərini isə “mənəvi sənətin nadir xəzinəsi” adlandırıb.

S. Abbasov vurğulayıb ki, hətta 880 ildən sonra Azərbaycanın dahi şairi və mütəfəkkirinin yaradıcılığı öz aktuallığını itirmir.

O əlavə edib: “Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin məqsədi qardaş ölkənin ictimaiyyətini Azərbaycan xalqının zəngin irsi haqqında hərtərəfli məlumatlandırmaqdır. Bu istiqamətdə biz Nizami Gəncəvinin məşhur “Xəmsə”sinin türk dilinə tərcüməsi də daxil olmaqla çoxsaylı proqram və layihə həyata keçiririk. İlk iki əsər – “İsgəndərnamə” və “Sirlər xəzinəsi” artıq Türkiyədə geniş oxucu kütləsinə təqdim olunub. Sırada “Leyli və Məcnun”un nəşri var”.

Onun sözlərinə görə, Nizami Gəncəvinin yaradıcılığı geniş və çoxşaxəlidir, onun məşhur qəzəlləri əsasında isə bir çox musiqi əsəri bəstələnib. “Mayın sonunda Ankarada konsert proqramı keçiriləcək, onun repertuarında dahi Nizaminin əsərləri də yer alacaq”, - deyə Mərkəzin rəhbəri bildirib.

O, iştirakçıları dahi Azərbaycan şairinin yaradıcılığı mövzusunda miniatür sərgisinin təşkili planları barədə də məlumatlandırıb. Bu təşəbbüsə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən Ankara Mədəniyyət və Turizm İdarəsi fəal dəstək göstərəcək.

“Qardaş Türkiyə xalqı Nizami Gəncəvi və Azərbaycanın digər görkəmli övladları haqqında ətraflı məlumata malik olmayana qədər biz Azərbaycan irsini təbliğ etməyə davam edəcəyik”, - deyə S.Abbasov əmin edib.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent Təhminə Bədəlova XII əsrin dahi mütəfəkkirinin həyat yolundan, fəlsəfi və poetik yaradıcılığından danışıb.

T.Bədəlova iştirakçıların diqqətini Azərbaycanda Nizami Gəncəvi irsinə ümumxalq məhəbbətinə yönəldib, Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamını, habelə Azərbaycanın dövləti başçısının müasir Gəncənin əsas görməli yerlərindən biri olan humanist şairin məqbərəsinin ətrafındakı ərazisinin yenidən qurulmasına dair tapşırığını xatırladıb.

Nizamişünas AZƏRTAC-la söhbətində dahi şair və mütəfəkkirin irsini qardaş Türkiyədə də təbliğ etməyi özünə borc bildiyini qeyd edib, ölkəmizin Ankaradakı səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin xətti ilə həyata keçirilən layihə və proqramların əhəmiyyətini vurğulayıb.

Alim qeyd edib: “Nizami Gəncəvinin humanizm, dürüstlük və ədalət ideyalarını, qadınlara göstərilən ehtiram, türklərə yüksək münasibət haqqında fikirlərini Türkiyə gənclərinə çatdırmaq fürsəti əldə etdiyim üçün xoşbəxtəm. Türkiyənin hər bir tələbəsinin Nizami Gəncəvinin kim olduğu sualına cavab verə bilməsi vacibdir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri