Türkiyənin axtardığı cinayətkar Bakıda TUTULDU
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Türkiyənin axtarışa verdiyi cinayətkar dəstə üzvü Bakıda saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılan Ö.A.K. obyektlərin atəşə tutulması və iş adamlarından hədə-qorxu ilə pul tələb etməklə quldurluğa cəhd hadisələrində iştirak edən və hazırda həbsxanada olan cinayətkar qruplaşma üzvləri ilə əlaqəli olub.
Onun barəsində “qəsdən adam öldürmə”, “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və istifadə etmə”, həmçinin iki ayrı “lisenziyasız odlu silah və sursat alma və ya daşıma” cinayətləri üzrə axtarış qərarı olub.
Şübhəli Bakıda saxlanılıb. O, Azərbaycandakı prosedurlar tamamlandıqdan sonra Türkiyəyə gətirilib.
Nazirlik əməliyyatda iştirak edən polis əməkdaşlarını təbrik edib, Azərbaycan Polisinə isə əməkdaşlığa görə təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 15 Avqust 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















