Türkiyənin Gəncədəki Baş konsulu: “Mingəçevir Reqatası” dünyada tanınan turnirə çevrilə bilər”
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Mingəçevir Reqatası”nın gələcəkdə beynəlxalq miqyasda daha böyük nüfuz qazanacağı gözlənilir.
İdman.Biz xəbər verir ki, bunu “Mingəçevir Reqatası-2026”nın ikinci günündə iştirak edən Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop deyib.
Diplomat “Mingəçevir Reqatası-2026”nın gedişatını izləyərkən Türkiyə komandalarının yarışda iştirakı barədə danışıb. O, turnirin artıq ənənəvi xarakter aldığını bildirib:
“Türkiyə komandaları ildə iki dəfə buradakı yarışlara böyük həvəslə qatılırlar. Bu turnirlər Azərbaycanda və beynəlxalq aləmdə artıq ənənəvi xarakter alıb. Yarış böyük mübarizəyə səhnə olur”.
Recep Öztop “Mingəçevir Reqatası”nın gələcək perspektivindən də söz açıb. O, Türkiyənin qardaş ölkədə keçirilən turnirdə iştirakından məmnunluq duyduqlarını vurğulayıb:
“Türkiyə olaraq qardaş ölkədəki turnirdə hər zaman təmsil olunmaqdan böyük məmnunluq duyuruq. Növbəti illərdə də buradakı mübarizənin bütün dünyada yayımlanan və nüfuz qazanan bir yarış olacağına heç bir şübhəmiz yoxdur”.
Qeyd edək ki, oktyabrın 1-də başa çatacaq “Mingəçevir Reqatası-2026”da Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edir.
Humay İsgəndərova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 30 Sentyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















