Icma.az
close
up
RU
Türkiyənin İqdır şəhərində Heydər Əliyevin xatirəsi anılıb

Türkiyənin İqdır şəhərində Heydər Əliyevin xatirəsi anılıb

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Türkiyənin İqdır vilayətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, dahi siyasətçinin anım gününə həsr olunmuş tədbir Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşəbbüsü ilə İqdırdakı “Azərbaycan Evi”ndə keçirilib.

Tədbir iştirakçıları Ümummilli Liderin müstəqil Azərbaycanın müdafiəsi və dövlətçiliyinin qurulmasında, Türk dünyasında əlaqələrin möhkəmləndirilməsində tarixi rolu və xidmətləri barədə məlumatlandırılıblar.

İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin rəhbəri Ziya Zakir Acar çıxışında Heydər Əliyevin Azərbaycanda dövlətçiliyin inkişafında əvəzsiz xidmətləri olduğunu deyib.

“Ümummilli Liderin siyasi kursu sayəsində Azərbaycan Qafqaz regionunda parlaq ulduza çevrilib. Dahi Heydər Əliyevin irsi bütün dünyada nüfuz sahibi olan dövlətin qüdrətli bazasını formalaşdırmağa imkan verdi”, - deyə Acar bildirib. O, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın tarixi torpaqlarını Ermənistanın işğalından azad etməyə nail olduğunu vurğulayıb.

“Bu gün biz hamımız Azərbaycanın artan təsirinin şahidiyik. Azərbaycan xalqının dahi oğlunun xatirəsini minnətdarlıq hissi ilə yad edirik”, - deyə o bildirib.

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının baş katibinin müavini Sərdar Ünsal çıxışında özünü Heydər Əliyev kimi görkəmli şəxsiyyət ilə tanış olmaq imkanı qazanmış xoşbəxt insan adlandırıb.

“Heydər Əliyev Azərbaycan və bütün Türk dünyası tarixində ən layiqli liderlərdən biridir. Onun səyləri sayəsində müasir Azərbaycan Cənubi Qafqazda ən güclü ölkədir”, - deyə Ünsal vurğulayıb.

O, Ümummilli Liderin Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin dərinləşməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. “Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu gün də ölkələrimiz arasında münasibətlərin inkişafında bələdçi ulduzdur”, - deyə Federasiya baş katibinin müavini qeyd edib.

Heydər Əliyev adına liseyin direktoru Yavuz Bağcı da görkəmli siyasi xadimin Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafı istiqamətində göstərdiyi səylərdən danışıb. “Ölkələrimizin yaxınlaşmasında Heydər Əliyevin xidmətləri çox böyük əhəmiyyət kəsb edir. O, Qarabağın işğaldan azad olunacağı günə inanırdı və bu an gəlib çatdı. Qarabağ Azərbaycandır!”, - deyə o bildirib.

Tədbirdə siyasi partiya funksionerləri, müəllim və tələbələr, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri