Türkiyənin İsrailə dəstək verməsi iddialarına CAVAB
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Türkiyə hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə olmaqla hava məkanı daxil olmaqla, quru və dəniz imkanlarının heç birini əməliyyat məqsədləri üçün istifadəyə vermir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bəzi sosial media platformalarında yayılan və Türkiyənin İrana qarşı son hücumlara dəstək verdiyi barədə iddialar tamamilə əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıyır.
"Türkiyə hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə olmaqla hava məkanı daxil olmaqla, quru və dəniz imkanlarının heç birini əməliyyat məqsədləri üçün istifadəyə vermir. Bu məsələ ölkəmizin əsas xarici siyasət və təhlükəsizlik prinsipləri sırasındadır".
Həmçinin qeyd olunub ki, Türkiyənin hava, quru və dəniz məkanları üzərində suveren hüquqları tam və mübahisəsizdir. Suverenlik sahələrimizlə bağlı bütün fəaliyyətlər yalnız Türkiyə Respublikasının milli təhlükəsizlik qiymətləndirmələrinə uyğun olaraq və səlahiyyətli qurumların nəzarət və idarəsi altında həyata keçirilir.
"İctimaiyyətdən spekulyativ və əsassız iddialara etibar etməməsi, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə alması xahiş olunur".
Baxış sayı:148
Bu xəbər 28 Fevral 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















